“Neftçi” “Qarabağ”a qarşı

10:51 12-09-2021 | icon 2008
“Neftçi” “Qarabağ”a qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 3-cü tura yekun vurulacaq.

Sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.

Əvvəlcə “Səbail” “Sumqayıt”ı qəbul edəcək.

 

Turun mərkəzi oyunu isə son çempion “Neftçi” ilə əzəli rəqibi “Qarabağ” arasında baş tutacaq.

Xatırladaq ki, ilk oyun günündə “Sabah” “Qəbələ”yə, “Keşlə” isə “Zirə”yə eyni hesabla (0:2) uduzub.

Azərbaycan Premyer Liqası
3-cü tur
12 sentyabr

“Səbail” – “Sumqayıt”
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Elçin Məsiyev.
Bakı. “ASCO Arena”, 18:00.

“Neftçi” – “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Kamal Umudlu.
Bakı. “Bakcell Arena”, 20:30.


Digər xəbərlər

0.26135802268982