Azərbaycanda çörəyin qiyməti bahalaşdı - Foto
Bu gün səhər saatlarından etibarən marketlərdə bəzi növ çörəklərin qiyməti bahalaşıb.
Bu barədə alıcılar məlumat verib. Bildirilir ki, əvvəllər 55-59 qəpik civarında alınan doğranmış çörəklərin qiyməti hazırda 70 qəpikdir. Qiymətlərində dəyişiklik edilən məhsullar isə əsasən “Çörəkçi” və “Nömrə 1” şirkətlərinə məxsusdur.
“Nömrə 1” şirkətinin nümayəndəsi saytımıza açıqlamasında qiymətlərdəki artımı təsdiqləyib: "Artım marketlər tərəfindən süni qaldırılmayıb, şirkət təbii səbəblərə görə qiyməti qaldırıb”.
Supermarketlər də çörəyin qiymətindəki bahalaşmanı saytımıza təsdiqləyiblər.
Xatırladaq ki, ölkədə bu ilin fevralın ikinci yarısında da satışda olan bəzi çörəklərin qiyməti təqribən 20 faiz bahalaşmışdı.
-
Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır
...
-
Azərbaycanda Qələbə Günü qeyd olunur
...
-
Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Fotolar
...
-
Tələbələr arasında keçirilmiş müsabiqə-festivalın yekun konserti olub
...
-
Qələbə Gününün havası
...
-
AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
...
-
DSX-nın akademiyasında “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda konfrans keçirilib
...
-
Heydər Əliyev Fondu - 20 il!
...
-
Sabah da yağış yağacaq
...
-
Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - VİDEO
...