YAP bəyanat yaydı
Yeni Azərbaycan Partiyası 27 Sentyabr- Anım Günü ilə əlaqədar bəyanat yayıb.
Bəyanat Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının təşkilatçılığı və İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası, Gənclər Birliyi üzvlərinin iştirakı ilə keçirilən Anım Gününə həsr olunmuş konfransda qəbul edilib.
Bəyanatda deyilir ki, Vətən müharibəsində Azərbaycan xalqının həmrəyliyi, Müzəffər Ali Baş Komandanımızın qətiyyətli siyasəti və Ordumuzun gücü sayəsində qazanılmış parlaq Qələbə təkcə Azərbaycanın ərazi bütövlüyünün deyil, eyni zamanda, tarixi ədalətin və milli ləyaqətin bərpasıdır:
"Ermənistan konstruktiv mövqedən çıxış edərək təxribatlardan çəkinməli, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədar öz üzərinə düşən işləri görməli, o cümlədən mina xəritələrini ölkəmizə təqdim etməlidir.
Eyni zamanda, həm işğal dövründə, həm də 44 günlük müharibə ərəfəsində çoxsaylı cinayətlər törətmiş Ermənistan hüquqi məsuliyyət daşıyır və beynəlxalq müstəvidə qanun qarşısında mütləq cavab verməlidir".
-
Prezident xalqı təbrik etdi
...
-
“Bizi inandırmağa çalışıblar ki, bu görüş Azərbaycanın əleyhinə deyil”
...
-
“Ermənistana hücum etmək niyyətində olduğumuz ittihamı əsassızdır” - Prezident
...
-
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi
...
-
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
...
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
...
-
“DTX 100-ə yaxın xüsusi xidmət orqanı ilə əməkdaşlıq edir”
...
-
İlham Əliyev Putinə zəng etdi
...
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...
-
Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi
...