“Nar”ın baş sponsorluğu ilə Azərbaycan çempionu titulu uğrunda yarış başlayır ”
“Nar”ın baş sponsorluğu ilə ölkənin ən baxımlı intellektual yarışı olan “Breyn Rinq”in 18-ci mövsümü start götürür.
Şirkətdən verilən məlumata görə, bilik yarışının builki mövsümündə respublikanın 6 bölgəsi və 6 ali məktəbini təmsil edən 16 seçilmiş komanda olimpiya sistemi üzrə “Bilik” kuboku uğrunda mübarizə aparacaq. “Bilik” kubokunu qazanan komanda isə ötən mövsüm qalib olmuş “Nar” komandası ilə “Breyn Rinq 2021” Azərbaycan çempionu titulu uğrunda mübarizə aparacaq. Oktyabrın 1-dən start götürəcək yarış hər həftənin cümə günü saat 19:20-də İctimai Televiziyada yayımlanacaq. Qeyd edək ki, mobil operator builki mövsümdə də “Nar” və işğaldan azad edilmiş bölgələrin intellektuallarının birləşdiyi “Qarabağ” komandalarını dəstəkləyəcək.
Televiziya tamaşaçılarını da yarışa cəlb etmək məqsədilə, bu il də “Nar”ın “Twitter” səhifəsində yarış keçiriləcək. Hər zaman gənclərin intellektual inkişafına xüsusi önəm verən “Nar”, artıq 9 ildir ki, “Breyn Rinq” intellektual yarışının baş sponsorudur.
“Nar”ın digər layihələri haqqında ətraflı nar.az səhifəsində tanış olmaq olar.
-
“Nar”dan sahibkarlar üçün sərfəli təkliflər
...
-
“Nar”dan “Dinlət” xidməti ilə tərzini paylaş
...
-
“8-ci km Ticarət Mərkəzi” ləğv olunur
...
-
"Junior Club" ölkə qanunlarını pozaraq əhalini necə narahat edir? - FOTO
...
-
“Nar” Laçın şəhərində ilk mağazasını açdı!
...
-
“Nar” sosial məsuliyyətli biznes modelini ADA Universitetində təqdim etdi - Fotolar
...
-
Bu gün Bakıda SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü keçiriləcək
...
-
“Nar” Azərbaycanda uşaq hüquqlarının təşviqinə dəstək olur
...
-
“Nar” yerli telekom peşəkarlarını yetişdirir - Fotolar
...
-
“Tutuquşu alın və bu ünvana çatdırın” – Azərbaycanda kuryerlərə hansı sifarişləri veriblər
...