Güləşçimiz dünya çempionu oldu
Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.
Altıncı yarış günündə 55, 72, 77 və 82 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Eldəniz Əzizli ilk görüşdə ukraynalı rəqibindən güclü olub. Dünya və Avropa çempionumuz daha sonra Qırğızıstan güləşçisinə şans tanımayıb və yarımfinala yüksəlib.
Finalın bir addımlığında Yaponiya güləşçisinə məğlub olan Əzizli oktyabrın 8-də bürünc medal görüşünə çıxıb. Türkiyəli rəqibindən güclü olan Eldəniz ardıcıl 2-ci dəfə dünya üçüncüsü olub. Bununla da təcrübəli güləşçimiz DÇ-də qazandığı medalların sayını 3-ə çatdırıb.
Ülvü Qənizadə startda Almaniya güləşçisiylə qarşılaşıb. Hesabda 1:6 geriyə düşən həmyerlimiz möhtəşəm geridönüş edərək əzmkar qələbə qazanıb. Ülvü Gürcüstan pəhləvanıyla gərgin mübarizə şəraitində keçən görüşdə də sevinən tərəf olub. Ancaq 1/4 finalda iranlı rəqibinə uduzub.
Sənan Süleymanov ilk mərhələdə Qırğızıstan idmançısına tam üstünlüklə qalib gəlib. Gənc pəhləvanımız Tacikistandan olan həmkarına da heç bir şans tanımayıb. Süleymanov alman rəqibinə də eyni aqibəti yaşadaraq karyerasında ilk dəfə dünya çempionatının yarımfinalına adlayıb.
Bu mərhələdə Belarus təmsilçisiylə qarşılaşma gərgin mübarizə şəraitində keçib. Yekunda minimalhesablı qələbə Sənanı finala daşıyıb. Həlledici görüşdə 2 qat olimpiya, 2 qat dünya və 4 qat Avropa çempionu Roman Vlasovla qarşılaşan Süleymanov rusiyalı rəqibinə minimal fərqlə uduzaraq dünya ikincisi olub.
Rafiq Hüseynov əvvəlcə Estoniya güləşçisini vaxtından əvvəl üstələyib. Qırğızıstan idmançısı da təcrübəli güləşçimiz qarşısında tab gətirməyib. İsveçli dünya ikincisi və Avropa üçüncüsü Aleks Kessidislə görüş dramatik alınıb.
Rafiq ilk hissəni 0:6 hesabıyla başa vurub. İkinci yarıda əsl əzmkarlıq nümayiş etdirən Hüseynov güclü rəqibinə minimal fərqlə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Finalın bir addımlığında Rusiya pəhləvanıyla gərgin keçən görüşdən də üzüağ çıxan Rafiq ardıcıl 2-ci dəfə dünya çempionatının finalına yüksəlib. Həlledici görüşdə Türkiyə güləşçisinə qalib gələn həmyerlimiz dünya çempionu olub.
-
"Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
...
-
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
...
-
Dünya Kuboku növbəti dəfə Bakıda!
...
-
"DreamLand" qolf akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib
...
-
Elman Nəsirov: Avarçəkmə Azərbaycanda bu qədər populyar olmamışdı
...
-
“Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib - FOTO
...
-
Ədəhim Nifrəliyev: "Qələbəyə çox ehtiyacımız vardı"
...
-
"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatıb
...
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
...
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...