“Xaliq Faiqoğlu”da inklüziv ictimai nəqliyyatla bağlı təlim keçirilib
Bu gün “Xaliq Faiqoğlu” şirkətində Azərbaycan Milli Avtomobil Klubunun (AMAK) təşkilatçılığı ilə “İnamla Səyahət: İnklüziv İctimai Nəqliyyat Mühitinin Yaradılması” layihəsi çərçivəsində təlim keçirilib.
Şirkətdən verilən məlumata görə, Təhlükəsiz və Davamlı Nəqliyyat üzrə Şərq Alyansı (EASST) və Beynəlxalq Avtomobil Federasiyası ilə birgə hazırlanmış təlimdə şirkətin istismarında olan marşrut xətləri üzrə sürücülər iştirak edib.
Bildirilib ki, təlimin məqsədi əlilliyi olan insanların ictimai nəqliyyatda daha inamla səyahət etmələrini təmin etmək, sürücüləri əlilliklər haqqında daha geniş məlumatlandırmaq, praktiki məşğələlər vasitəsilə onların biliklərini daha da artırmaqdır. Təlim zamanı sürücülərin fikirlərini daha ətraflı öyrənmək üçün təlim öncəsi və sonrası sorğular keçirilib və nəticələrin müqayisəsi aparılıb.
Bundan əlavə əlilliyi olan insanlar təlimdə iştirak edərək ictimai nəqliyyatda qarşılaşdıqları çətinlikləri bölüşüb və tövsiyələrini veriblər. İştirakçılar müxtəlif modullar zamanı öz şəxsi təcrübələrini danışıb və fəal şəkildə təlimdə iştirak ediblər. Həmçinin bu tip tədbirlərin cəmiyyət üçün faydalı olduğu bildirilib və daha geniş kütlə üçün keçirilməsi tövsiyə edilib.
-
“Nar”dan voleybol üzrə milli komandalarımıza dəstək
...
-
Bakıda “Maxim” xidmətinin müştəriləri yükdaşıyan işçi ilə birgə yük maşını sifariş edə bilərlər
...
-
Azərbaycanda minimum əməkhaqqı artırıla bilər
...
-
“WhatsApp”ın dizaynı dəyişdi
...
-
“Bolt” qiymətləri qaldırdı
...
-
Xırdalan 0.0 Bakı Marafonunun Alkoqolsuz tərəfdaşıdır - FOTO
...
-
Kənan Qasımov: "Bu il Azərbaycanda turizmin bərpa prosesi yekunlaşacaq"
...
-
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə
...
-
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
...
-
“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir
...