Suqovuşan qəsəbəsinin azad edilməsi nəticəsində əldə olunmuş üstünlüklər

13:55 11-10-2021 | icon 1672
Suqovuşan qəsəbəsinin azad edilməsi nəticəsində əldə olunmuş üstünlüklər

Suqovuşan qəsəbəsinin azad edilməsi nəticəsində əldə olunmuş üstünlüklər
Bir neçə gün əvvəl Prezident İlham Əliyevin Tərtər rayonunun Suqovuşan
qəsəbəsindəki çıxışı bir il əvvəl 44 günlük Vətən müharibəsinin həyəcanlı günlərini
yada saldı. Həqiqətən də yaddaşımızda o günlərə qayıdarkən deyə bilərik ki, 2020-ci
il oktyabrın 3-də Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi Vətən
müharibəsinin gedişatında strateji əhəmiyyət daşıyırdı. Çünki bu qəsəbənin coğrafi
mövqeyi bizə gələcək hərbi əməliyyatlarımızda uğur qazanmaq üçün şərait yaradırdı.
Ona görə də müharibənin ilk günlərində bu strateji qəsəbənin işğaldan azad edilməsi
böyük irəliləyiş idi.
Talış kəndinin və Suqovuşan qəsəbəsinin bir gündə işğaldan azad edilməsi həm
əsgərlərimizdə, həm də xalqımızda böyük ruh yüksəkliyi yaratdı. Suqovuşan
qəsəbəsinin azad edilməsi həm də ona görə əhəmiyyətli idi ki, həmin ərazidə
düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi. Bu ərazinin azad olunması
Ordumuzun bölgədəki strateji yollara da nəzarətini təmin etdi. Suqovuşan
qəsəbəsinin digər bir əhəmiyyəti, həm də burada su anbarının yerləşməsi ilə bağlı idi.
Bu qəsəbənin azad edilməsi Ermənistan ordusunu dərin mənəvi-psixoloji sarsıntıya
düçar etdi.
Onu da qeyd etmək lazımdır ki, işğal dövründə Ermənistan Suqovuşan su
anbarından istifadə edərək Azərbaycana qarşı ekoloji terror törədirdi. Ermənilər yay
mövsümündə suyu kəsirdilər, qış mövsümündə isə suyu buraxırdılar, süni şəkildə
daşqınlara səbəb olan təbii fəlakətlər törədirdilər.
“Sevindirici haldır ki, bu il Suqovuşan su anbarından istifadə edərək 30 il ərzində ilk
dəfə olaraq Tərtər və digər rayonlara su verildi. Bu günə qədər suvarılmayan və ya az
suvarılan 30 min hektar torpaq suvarıldı.
Hazırda “Suqovuşan-1” və “Suqovuşan-2” su elektrik stansiyalarının bərpası ilə bağlı
işlər görülür və artıq bu stansiyalar işlək vəziyyətə gətirilib. Bölgəni elektrik enerjisi və
su ilə təmin etmək baxımından Suqovuşan qəsəbəsinin böyük əhəmiyyəti var. Vaxtilə
sovet dövründə su anbarının yanında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa
edilmiş bu iki su elektrik stansiyası düşmən tərəfindən dağıdılmışdı. İndi isə bərpa
olunaraq yenidən xalqımıza xidmət etmək üçün hazır vəziyyətə gətirilib.
Əminik ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və qəhrəman Vətən
övladlarının şücaəti ilə işğaldan azad olunmuş digər ərazilərimizdə də tezliklə həyat
canlanacaq, insanlar öz doğma yurd-yuvalarına qayıdacaqlar”.
Arıqova Şərqiyə,
Saatlı Rayon Dəllər kənd orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi


Digər xəbərlər

0.29290008544922