Prezidentin işğaldan azad edilmiş Suqovuşan və Talış kəndlərinə səfəri

13:58 11-10-2021 | icon 1324
Prezidentin işğaldan azad edilmiş Suqovuşan və Talış kəndlərinə səfəri

Cənab Ali baş komandan İlham Əliyevin azad edilmiş torpaqlara səfərləri davam edir.
Azad edilmiş Suqovuşan və Talış kəndlərinə səfərində cənab prezident mühüm
mesajlar verdi. Bu strateji ərazilərin azad edilməsi çox böyük tarixi əhəmiyyətə malikdir.
Bununlada keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə daxil olan torpaqların bir
hissəsi azad olundu. Erməni ordusu bu istiqamətdə də ağır məğlubiyyətə uğradı . Bu
ərazilərin ordumuzun nəzarətinə keçməsi düşmən üzərində psixoloji üstünlüyün təmin
olunmasında əhəmiyyətli rol oynadı. Bu ərazidə yerləşən Suqovuşan su anbarı,
bölgəyə yaxın ərazilərdə yerləşən əkin sahələrinin suvarılmasında böyük rol oynayır. Su
anbarı işğal müddətində düşmənin nəzarətində olduğundan, düşmən ətraf ərazilərin
suvarılmasına ciddi şəkildə mane olurdu. Cənab prezidentin bölgəyə səfəri zamanı
etdiyi çıxışlar, tarixi əhəmiyyətə malikdir. Bu çıxışlar düşmənin revanşist qüvvələrinə
ciddi mesajlar idi. Məğlub xunta lideri, Xocalı qatili S.Sarkisyanın növbəti absurd
açıqlamaları, məğlubiyyətin yaratdığı psixoloji əhval-ruhiyyə ilə əlaqəlidir. S.Sarkisyan
öz məğlubiyyətini pərdələmək üçün belə bəyanatlar verir. Bu adamın əli Xocalıda
günahsız insanların qanına batıb. İndi belə absurd bəyanatlar verməkdənsə, öz ləkəli və
utancverici keçmişinə görə, gərəkdir ki ,susa. Bu qatil qəhrəmanlıq simfoniyası
uydurur. Halbuki, hər ikisi Xankəndinə gəlmişdilər. Guya bu qatillər ordumuzun qarşısını
alacaqdılar. Lakin anladılar ki, 90-ci illərin əvvəllərindəki dövr deyil. Silahsız insanların
qarşısında özlərindən qəhrəman obrazı yaradan bu simasizlar real vəziyyəti anlayıb,
Xankəndindən qaçmışdılar. Bu da onların saxta qəhrəman olduqlarını göstərir. Cənab
prezident bu saxta qəhrəmanlara, xüsusən öz məğlubiyyətlərinə min cür bəhanə ilə izah
verənlərə geniş, əhatəli, sərrast cavab verdi. Erməni ordusu haqqında mif uyduran bu
məğlubiyyət "qəhrəmanları" tarix səhnəsində rüsvayçılıq dirəyinə bağlanmalıdır. İndi hər
daş öz yerinə qoyuldu. Öz xalqına qarşı da ağır cinayətlər törətmiş , qatil Sarkisyan indi
Qafqaz comərdliyindən danışır. Halbuki, cənab prezidentin də qeyd etdiyi kimi
ermənilərin Qafqaza heç bir aidiyyəti yoxdur. Xocalıda günahsız insanları, körpələri,
qadınları, qocaları xüsusi qəddarlıqla qətl edən birinin comərdlikdən danışması,
namərdliyin son həddini keçmək deməkdir.
Rauf Musayev,
Saatlı rayon Mircəlal kənd tam orta məktəbin tarix müəllimi


Digər xəbərlər

0.29285097122192