“Evdə tək” filmi yenidən çəkildi - Video

13:14 13-10-2021 | icon 2192
“Evdə tək” filmi yenidən çəkildi - Video

20th Century Studios” “Evdə tək” filminin remeykinin treylerini yayımlayıb.

Onun premyerası noyabrın 12-nə planlaşdırılıb.

Ekran işində baş rolda “Coco dovşan” filmindən tanınan Arçi Yeyts çəkilib. Onun hazırda 12 yaşı var.

 

Qeyd edək ki, orijinal “Evdə tək” 1990-cı ildə işıq üzü görüb. Makaley Kalkinin baş rolda çəkildiyi ekran işi ABŞ tarixində ən yüksək gəlirli Milad bayramı filmi olub, həmçinin “Oskar” və “Qızıl qlobus”a layiq görülüb.

Bunun ardından “Evdə tək-2: Nyu-Yorkda itirilmiş”, “Evdə tək-3”, “Evdə tək-4” və “Evdə tək-5: Bayram soyğunu” çəkilib. Son ikisi kino industriyasının uğursuz işlərindən hesab olunur.

 



Digər xəbərlər

0.32911086082458