Adil Əliyev Moskvada XIII Konventdə çıxış etdi - Fotolar
14-16 oktyabr tarixlərində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MGİMO) Rusiya Beynəlxalq Araşdırmalar Birliyinin (RAMI) XIII Konventi keçirilir.
Tədbir ənənəvi olaraq son otuz ildə Rusiyanın xarici siyasətinin təkamülünü, sosial siyasətin müasir reallıqlarda transformasiyasını, yeni müstəqil dövlətlərlə münasibətlərin xüsusiyyətlərini və dinamikasını müzakirə edən iki mindən çox rusiyalı və xarici alimləri bir araya gətirir.
Konfrans iştirakçıları arasında Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev də olub.
A.Əliyev tədbirdə çıxış edərək Rusiya Beynəlxalq Araşdırmalar Birliyinin (RAMI) XIII Konventini təşkil edən MGIMO rəhbərliyinə təşəkkürünü bildirib.
O qeyd edib ki, Azərbaycanın son illərdə sosial-iqtisadi inkişaf sahəsində əhəmiyyətli irəliləyiş əldə etdiyi heç kimə sirr deyil: Prezident İlham Əliyev ekoloji problemlərin həllinə böyük diqqət yetirir ki, bu da artıq ölkənin ekoloji və sosial-iqtisadi vəziyyətinin xeyli yaxşılaşmasına səbəb olmuşdur. Bütün səlahiyyətli qurumlar davamlı inkişaf prinsiplərinin və ideologiyasının Azərbaycanda dövlət səviyyəsində tətbiqi üzərində işləyirlər”.
Millət vəkili qeyd edib ki, BMT-nin Dövlət İdarəçiliyi Ekspertlər Komitəsinin prinsiplərini rəhbər tutaraq fəaliyyət istiqamətləri effektivlik, hesabatlılıq inklüzivlik sahələri üzrədir:
“Hökumət daha bir vəzifə klasteri görür. Təbiətin və işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi vəziyyətinin bərpası üçün genişmiqyaslı işlər görülməlidir. İşğaldan azad edilən torpaqlarda yaşayış məntəqələrinin bərpası, infrastruktur obyektləri, hava limanları tikilməsi, yollar, körpülər, tunellər və digər obyektlər, elektrik xətləri və su təchizatı xətlərinin çəkilməsi kimi layihələr həyata keçirilir. Məcburi köçkünlərin evlərinə tez qayıtmaları üçün şərait yaradılır”.
-
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
...
-
İlham Əliyevlə Putinin BAM veteranları ilə görüşünün - Tam mətni
...
-
Prezident Rusiyadadır - Foto
...
-
Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
...
-
İlham Əliyev 4 kəndi qaytardı
...
-
Əliyevlə Putin Moskvada görüşəcək
...
-
Prezidentdən Şuşa ilə bağlı - Sərəncam
...
-
“Xəzər dənizinin suyundan içməli su kimi istifadə edəcəyik”
...
-
Prezident Şirvan suvarma kanalının təməlini qoydu - Fotolar
...
-
Prezidentin regionlara səfəri - Bölgələrin inkişafına kompleks yanaşma
...