Şəhidləri təhqir edən şəxsə 15 sutka verildi
Daxili İşlər Nazirliyi Tovuz rayonunda şəhidləri təhqir edən şəxs və onu döyərək üzr istədənlər barəsində məlumat yayıb.
DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında bildirib ki, sosial şəbəkələrdə Tovuz rayonunda şəhidlərlə bağlı xoşagəlməz ifadələr işlədən Aqil İbrahimov barəsində 15 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub.
Tovuz RPŞ-də Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə başlanan cinayət işi üzrə aparılan prosessual tədbirlər çərçivəsində rayon sakinləri – 2001-ci il təvəllüdlü Taleh Hüseynov, əvvəllər məhkum olunan, 1993-cü il təvəllüdlü Sürət Məmmədov, əvvəllər məhkum olunan, 1992-ci il təvəllüdlü Tural Əhmədov, 2000-ci il təvəllüdlü Elşad Rzayev, 1994-cü il təvəllüdlü Maqsud Bayramov, 2003-cü il təvəllüdlü Əli Hüseynzadə və əvvəllər məhkum olunan, 1967-ci il təvəllüdlü Telman Nağıyev xuliqanlıq zəminində həmyerliləri 1983-cü il təvəllüdlü Aqil İbrahimovu döyməkdə təqsirləndirilərək istintaqa cəlb ediliblər.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
-
DSX: Ötən ay sərhəddə 934 min manatlıq qaçaqmal saxlanılıb
...
-
Vətəndaşın avtomobilində baş vermiş yanğın sərhədçilərin köməyi ilə söndürülüb
...
-
Gürcüstandan Azərbaycana bu yolla keçmək istədi - Foto
...
-
“Nikosayağı” qəza törədərkən sərxoş olubmuş - İş məhkəmədə
...
-
DSX: "Ötən ay sərhəddə 2 milyon 357 min manatlıq qaçaqmal aşkarlanıb"
...
-
İran vətəndaşları saxlanıldı - DSX-dan uğurlu əməliyyat
...
-
Uşaq pornoqrafiyası yayan şəxs cəzalandırıldı
...
-
Ölkəyə saxta 10 min dollar gətirənlər saxlanıldı - Foto
...
-
PFL rəhbərliyi Xankəndi yolunda qəzaya düşdü
...
-
Rəşad Dağlı qətldən əvvəl bıçaq alarkən - Video
...