Mahirin transfer qiyməti açıqlandı
Milli komandamızın hücumçusu Mahir Emrelinin transfer qiyməti artıb.
Məşhur Transfermarkt saytının redaksiya heyəti Polşa yüksək liqasındakı futbolçuların bazar qiymətini müəyyənləşdirib. Saytın rəsmi İnstaqram səhifəsində yayılan açıqlamada qeyd edilib ki, bu zaman əsas diqqət "Legiya"nın azərbaycanlı hücumçusu Mahir Emreliyə yönəlib.
Bu mövsüm Varşava klubundakı uğurlu oyununa görə Emrelinin qiyməti 1 milyon 200 min avro məbləğində artaraq 2 milyon avroya çatıb.
Bundan başqa, M.Emreli Polşa Liqasının ən bahalı oyunçuları sırasında 10-cu pillədə yer alıb. Birinci yeri "Poqon"un yarımmüdafiəçisi Kasper Kozlovski (8 milyon avro) tutur.
Xatırladaq ki, qeyri-rəsmi xəbərə görə, "Legiya"ya azad agent kimi keçən Emreli hazırda ilinə 350 min avro maaş alır.
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...