Qələbəni təmin edən amillər

13:26 18-10-2021 | icon 1112
Qələbəni təmin edən amillər

Müharibə sözü nə qədər ağrılı , acılı səslənsə də, onun, təbii ki, şirin
meyvəsi qələbədir. O qələbə ki sən bunu haqq edirsən. Bu sənin mənəvi
haqqın ola. Necə ki 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı
bunu bütün varlığı ilə istədi və qazandı.Qələbə sözdə deyiləcək qədər asan
deyil. Hər qarış vətən torpağı üçün qan tökülmüş Qələbə.Torpağı öz qanları
ilə suvararaq qələbə toxumunu əkən şəhidlər.Qələbə və şəhidlər! Tarix də
elə bir qələbə yoxdur ki, o şəhidsiz olsun. Qəbənin ucalığı da şəhidlərdir.
Həm acılı, həm şirinli qələbə.
Müharibə vaxtı türk kanalı vasitəsiyə bütün dünyaya səslənən igidimizin
dediyi kimi “Bizim digərlərinin torpaqlarında gözümüz yoxdur. Biz
müharibənin tərəfində deyilik, biz qan tökülməsini istəmirəik.Amma əgər
söhbət vətən torpağından , onun azadlığından gedirsə, dunyanın istənilən
xalqı ilə döyüşməyə hazırıq”.Bu söz tək bir igidin sözü deyil, bu söz əldə
silah tuta bilən hər bir azərbaycanlının fikri, düşüncəsi idi. Qələbə belə
oğullar , belə amalla qazanılır.
Qələbəni təmin edən təkcə güclü müasir silahlar deyil. Düşünürəm ki, ən
başlıca amil intiqam hissi, vətənə , doğma torpağa bağlılıqdır. Məşhur
deyimdəki ifadə kimi “Analarının qucağında gələn igidlər tank belində
döyüşərək öz torpaqlarına qayıtdılar”. İntiqam hissi ilə döyüş meydanında
Xocalının qısasını alaraq doğma torpağa qayıtdı igidlər. Müharibə vaxtı hər
kəs dəmir yumruq olub cənab prezidentin ətrafında birləşib qələbəni təmin
etdi. Bunlardan öz şücaətləri ilə seçilən həkimləri vurğulamaq ədalətli
olar.İstər hərbi , istər mülki həkimlər neçə -neçə canları xilas etdi.Döyüşün
tam ortasında , mərmi yağışı altında öz həyatını təhlükəyə atıb yaralınınn
imdadına çatan həkim bir başqa qəhrəmanlardır.Özünün canını təhlükəyə
atıb başqasının canını xilas etmək ən böyük şücaət , ən böyük
qəhrəmanlıqdır. Öz təqaüdünü əsgər üçün göndərən babaların, hər əsgər
üçün ev yeməyi bişirib göndərməyə çalışan anaların, bacıların , öz ərinin ,
qardaşının , oğlunun tabutlarını öz çiyinlərində daşıyan Azərbaycan
qadınının məğrurluğu döyüşən əsgərin qələbə əzmini gücləndirməyə
bilməzdi. Həm sinif otağında , həm döyüş meydanında şagirdlərinə nümunə
olan müəllimlər də bir ayrı qəhrəmalıq nümunəsidir. Müharibə vaxtı
Hadrutu əldən verən erməni ordusu bu itkini müxtəlif saxta kadrlara ört-
basdır etməyə çalışsa da, üçrəngli bayrağı Hadrutda dalğalandığnı görən
erməni xalqına həqiqəti deyməkdən başqa erməni rəhbərliyinin çarəsi

qalmadı.Bu qələbənin müjdəsi idi.Qələbə müjdəli Hadrutun azad olması
döyüş ruhunu daha da artırdı. Təbii ki, bütün bunlar müharibəyə yaxşı
hazırlaşmağın , müasir silah və texnikaların alınması, onlardan istifadənin
mükəmməl öyrənilməsi nəticəsində oldu.Milyona yaxın qaçqını olan bir
dövlətin müharibəyə hazırlaşması asan məsələ deyildi. Reallığı qəbul
etməyən bəzi qərb dövlətləri hər zaman erməni hakimiyyətinin yanında olub
və onları dəstəkləyib. Bütün bunlar qələbənin vaxtını uzatdı. Amma xalq-
ordu, xalq- hakimiyyət birliyi , nəhayət ki, bu çətin günləri geridə qoymağı
bacardı. İstər xaricdə , istər vətəndə yaşayan hər bir azərbaycanlı cənab
prezidentin ətrafında sıx birləşdi.İndi hər bir azərbaycanlı hər yerdə fəxr
edə bilər ki, onun güclü , qələbə qazanmış ordusu var.
Artıq keçmiş qaçqınların öz doğma yurd –yuvalarına dönməsinə hazırlıq
işləri gedir. Əminəm ki, yaxın zamanda o torpaqları yenidən qurub
çiçəkləndirəcəyik.

Samir Məmmədov
Saatlı rayonu S.Ağamirzəyev adına Bəylər kənd ümumi orta məktəbin
Azərbaycan dili və ədəbiyyatı müəllimi


Digər xəbərlər

0.28505611419678