Qələbə müstəqillik tariximizin ən parlaq nümunəsidir

13:33 18-10-2021 | icon 1688
Qələbə müstəqillik tariximizin ən parlaq nümunəsidir

Bu gün Azərbaycan xalqı gələcəyə daha da inamla addımlayır, çünki dövlətimizin sükanı
müstəqil Azərbaycan Respublikasının memarı, ümummilli liderimiz Heydər Əliyevin siyasi
kursunun layiqli davamçısı, müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin əlindədir və onun müdrik siyasəti ilə idarə olunur.
Məhz cənab Prezidentin düzgün, balanslaşdırılmış xarici siyasəti sayəsində beynəlxalq
səviyyədə ölkəmizin nüfuzu yüksəlmiş, Azərbaycan regionda lider dövlətə çevrilmişdir.
Azərbaycan və işğal edilmiş torpaqlarımız barədə əsl həqiqətlər dünya ictimaiyyətinə
olduğu kimi çatdırılmışdır.
Əzəli Azərbaycan torpaqlarımızın işğaldan azad edilməsi üçün cənab İlham Əliyev müdrik
Prezident olaraq düzgün, uzaqgörən daxili və xarici siyasət aparmış, orduya rəhbərlik edən
Ali Baş Komandan olaraq yüksək sərkərdəlik qabiliyyəti ilə qətiyyətli qərarlar vermişdir.
Məhz cənab Prezidentin yorulmaz fəaliyyəti, onun rəhbərlik etdiyi ordumuzun qəhrəmanlığı
sayəsində düşmən məğlub edildi. O, bütün dünyaya sübut etdi ki, məhz erməni kimi,
insanlıq xüsusiyyətlərindən uzaq bir düşmən tərəfindən uzun müddət işğal altında qalan
torpaqlarımızın azad edilməsinin yeganə yolu müharibədir. 44 günlük Vətən
müharibəsində qazanılmış qələbə Azərbaycan tarixinin ən parlaq səhifələri kimi milli
yaddaşımızda əbədi olaraq qalacaqdır.
Ən yeni tariximizin böyük qəhrəmanlıq səhifəsi olan Vətən müharibəsi bir daha göstərdi ki,
heç bir qüvvə arxasında Azərbaycan xalqı dayanan cənab Prezident İlham Əliyevin hadisə
və proseslərə prinsipial və qətiyyətli yanaşma tərzinə, ardıcıl, müdrik və sistemli qərar
qəbuletmə məharətinə və sarsılmaz dəmir iradəsinə təsir edə bilməz.
Bu qələbəni qazanmaq üçün cənab Prezident uzun illər Azərbaycanın iqtisadi gücünü
artırmış, dövlətçilik ənənələrini daha da möhkəmləndirmiş, milli ordumuzun maddi-texniki
bazasını, onun ən müasir silahlarla təchizatını daim xüsusi diqqət mərkəzində saxlamışdır.
Məhz cənab Prezidentin apardığı müdrik və uzaqgörən siyasətin nəticəsi olaraq
Azərbaycan Respublikası sürətlə inkişaf edən nüfuzlu dövlətə, regional liderə çevrilmişdir.
Bəylər Əliyev,
Saatlı rayon Mədəniyyət Mərkəzinin direktoru


Digər xəbərlər

0.37111306190491