“Qala Həyat” və “Qala” Sığorta şirkətləri üç il istifadə etdikləri xidmət haqqını ödəməkdən imtina edir

13:37 18-10-2021 | icon 1517
“Qala Həyat” və “Qala” Sığorta şirkətləri üç il istifadə etdikləri xidmət haqqını ödəməkdən imtina edir

Press Revyu İnformasiya Monitorinq Agentliyi (PRA) 17 yanvar 2018-ci
il tarixindən “Qala Həyat” və “Qala” Sığorta şirkətlərinə media
monitorinq xidməti göstərib. Media monitorinq xidmətini hər iki sığorta
şirkətinin nümayəndəsi sifariş verib. Belə ki, 2018-ci ilin yanvar ayının
əvvəlindən agentliyin nümayəndəsi ilə hər iki Sığorta Şirkətinin
ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi “Qala” Sığorta və “Qala Həyat”
Sığorta şirkətlərinə Media Monitoring xidmətinin göstərilməsinə dair
danışıq və  müzakirələr aparıb.
Xidmətin göstərilmə şərtlərinə dair razılıq əldə edildikdən sonra, e-mail
vasitəsilə 18 yanvar 2018-ci il tarixdə müqavilənin elektron variantı
göndərilib. 31 yanvar 2018-ci il tarixində “Qala Həyat” sığorta şirkətinin
rəsmi e-mail ünvanından Press Revyu Agentliyinə 2 dəfə müraciət
olunaraq, xidməti həmçinin Sığorta Şirkətlərinin rəhbərliyi də daxil
olmaqla 7 nəfərə  göndərilməsi xahiş edilib. 2 aprel 2018-ci il tarixində,
yenə də “Qala Həyat” sığorta şirkətinin rəsmi e-mail ünvanı üzərindən
agentliyə müraciət edilərək, rəhbərliyə aid olan 3 nəfərə xidmətin
çatdırılmasında çətinlik yarandığı haqda məlumat verilib. Problem
dərhal həll olunub, xidmət göndərilməkdə davam edib.
 2021-ci ilin əvvəlində “Qala” Sığorta qrupunun 36 ay istifadə etdiyi
xidmət haqqının ödəmədiyi məlum olub.  Press Revyu Agentliyi
yaranmış problemlə bağlı hər iki sığorta şirkətinin rəhbərliyinə müraciət
etsə də, problem öz həllini tapmayıb. Onlar xidmətin göstərildiyini etiraf
etsələr də, xidmət haqqının ödənilməsinin mümkünsüz olduğunu
bildiriblər. Belə ki, sözügedən sığorta şirkətlərinin adından yalnız İdarə
Heyətinin sədrlərinin danışmaq və müqaviləni imzalamaq səlahiyyətinin
olduğunu bildiriblər. Qeyd edək ki, əməkdaşlığa başlamaqla bağlı
aparılan yazılı danışıqlar barədə hər iki sığorta şirkətinin rəhbərliyinin məlumatı olub.

Belə ki, e-mail vasitəsilə aparılan yazışmaların surəti
həmçinin rəhbərliyə e-mail vasitəsilə göndərilib və bütün bunların arxivi
agentliyin bazasında indi də qalır.
PRA problemin həll olunması üçün “Qala” Sığorta qrupuna rəsmi
məktubla müraciət edib. Mənfi cavab aldıqdan sonra Bakı Kommersiya
Məhkəməsində adları çəkilən sığorta şirkətlərinə qarşı iddia qaldırıb.
İşə baxışı hakim Həsənova Ülkər həyata keçirib. Xidmətin sifariş
olunduğu və onun 36 ay ərzində hər iki sığorta şirkətinə
gündəlik göstərildiyinə dair bütün sübutlar Məhkəməyə təqdim edilib.
Sığorta Şirkətlərinə xidmətin göstərildiyi sübut olunmaqla yanaşı, hər iki
sığorta şirkətinin agentliyin təqdim etdiyi hesabatlardan öz reklam
məqsədləri üçün mediada istifadə etdikləri də üzə çıxıb. Həmçinin hər
iki sığorta şirkəti onu təmsil etmiş nümayəndə ilə əmək müqaviləsini
təqdim etməkdə acizlik göstərib. Beləliklə 36 ay xidmətdən qanunsuz
istifadə edən hər iki şirkətin, həm də, əmək qanunvericiliyini kobud
surətdə pozduğu məlum olub. Yuxarıda sadalanan faktlara dair yazılı
sübutların təqdim edilməsinə baxmayaraq Bakı Kommersiya
Məhkəməsi “işin faktiki hallarını və qanunvericiliyin müddəalarını
nəzərə alaraq hesab edib ki, iddiaçı tərəfindən cavabdehlərə
göstərilmiş xidmətlərə görə ödənilməli olan xidmət haqqının tutulması
hissəsində iddiaçı tələbini əsaslandıra və bununla bağlı hər hansı
mötəbər sübutlar təqdim edə bilmədiyi” üçün iddia təmin edilməsin.
Press Revyu Agentliyi  Bakı Kommersiya Məhkəməsinin Qətnaməsi ilə
razılaşmayaraq,  işdən Apellyasiya şikayəti verib. Bakı Apellyasiya
Məhkəməsi müxtəlif bəhanələr gətirərək, işin baxılmasını yubadır.
Press Revyu Agentliyi  işin gedişatı ilə bağlı media və ictimaiyyəti
məlumatlandıracağını bəyan edir.


Digər xəbərlər

0.26262092590332