Bakı Ali Neft Məktəbinin tələbələri NASA-nın müsabiqəsinə qatılacaq
Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri bu il ilk dəfə olaraq Azərbaycanı NASA-nın (ABŞ Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı İdarəsi) 2022-ci ildə keçirəcəyi "Human Exploration Rover Challenge" müsabiqəsində təmsil edəcək. Bu, BANM-in tarixində bir ilkdir. Dünyanın müxtəlif orta və ali məktəblərindən olan 91 komandanın qatıldığı beynəlxalq müsabiqədə Azərbaycanı yeganə olaraq Bakı Ali Neft Məktəbi təmsil edir.
Ali Məktəbin komandasına məsləhətçi Aygül Musayeva və kapitan Nihad Həbizadə olmaqla, Hüseyn Abızadə, Şəmistan Lətifov, Cavid İsayev, Anar Alızadə, Aytən Sədirova, Şəms Gözəlova və Turan Səfərova daxildir.
Qeyd edək ki, “NASA Human Exploration Rover Challenge” hər il orta məktəb şagirdləri və universitet tələbələri üçün simulyasiya edilmiş Ay və Mars ərazisi üzərində insan gücü ilə işləyən, qatlana bilən nəqliyyat vasitələrinin dizaynı, qurulması və yarışının cəmləndiyi bir müsabiqədir. Beynəlxalq müsabiqə tələbələrin mühəndislik və STEM layihələrinin təşkili bacarıqlarının sınanmasını əhatə edir. Hər il dünyanın müxtəlif ölkələrindən olan orta və ali məktəb komandaları bu müsabiqədə rəqabət aparır.
-
Müəllimlərin XVI qurultayı keçiriləcək
...
-
Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb
...
-
Dərslər bu tarixdə başlayacaq - Nazirlik açıqladı
...
-
Ali məktəblərə ixtisas seçimi bu tarixlərdə aparılacaq
...
-
II ixtisas qrupu üzrə qəbul imtahanının düzgün cavabları açıqlandı
...
-
DTX Akademiyasında buraxılış tədbiri keçirildi - Fotolar
...
-
Sabahdan müəllimlərin sertifikatlaşdırma imtahanlarının test mərhələsi başlayır
...
-
18 məktəb direktoru vəzifəsindən azad edilib
...
-
Nazir “Son zəng”lə bağlı əmr imzaladı
...
-
6-cı siniflərdə bu fənlər keçirilməyəcək
...