Zəngilan rayonunun təbii sərvətləri

11:17 20-10-2021 | icon 1757
Zəngilan rayonunun təbii sərvətləri

Zəngilan rayonu Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Zəngilan
rayonunun ərazisi 730 kv.km, əhalisi 45473 nəfərdir. Şimaldan Qubadlı, şərqdən
Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə
Ermənistanın Mehri və Qojan rayonları ilə həmsərhəddir. Zəngilan rayonunda
çöküntü suxurlarından başqa vulkanik materiallar-yura, təbaşir çöküntüləri
yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar-tikinti daşı, qızıl yatağı, qara mərmər
yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır. Rayonun
faunası belədir. Rayonun cənubunda oxlu kirpi, cənub-şərqində çöl qapanı, ayı,
cüyür yaşayır. Quşlardan qırqovul, kəklik, meşə xoruzu, gəlincik, sərçə, qarğa,
sağsağan, qumru, vəhşi göyərçin, tülkü, boz dovşan, canavar burada da yaşayır.
Rayonun ərazisində iki iqlim tsikli qərarlaşıb. Bunların əsasını mülayim isti iqlim və
qışı quraq keçən yarımsəhra-çöl iqlimi təşkil edir. Rayonun ərazisindən dörd (4) çay
keçir: Araz çayı, Oxuçay, Həkəri, Bəsitçay. Ərazidə 21 dəmiryol müəssəsi, 6 dəmir
yolu vağzalı fəaliyyət göstərirdi.
Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd
təsərrüfatı istiqamətli olmuşdur. Zəngilanın Bəsit çayı hövzəsində böyük bir ərazidə
təbii çinar meşəsi sahəsinə görə planetdə ikinci, Avropada birinci olan dünyaşöhrətli,
füsünkar bir məkandır. Zəngilan rayonu Respublika ərazisində dörd daimi axarlı çay
keçən yeganə, unikal bir ərazi vahididir. Qədim adət-ənənələrin qorunub saxlandığı,
qonaqpərvər, zəhmətkeş, qanunsevər, dövlətə, dövlətçiliyə sədaqətli insanların
məskənidir.
Uzun illər ərzində Zəngilan rayonu düşmən işğalı altında qalmışdır. Bu müddət
ərzində rayonun təbii sərvətləri talan edilmişdir. Rayon işğaldan azad olunduqdan
sonra, prezdentimiz İlham Əliyevin sərəncamına əsasən bu istiqamətdə lazimi hüquqi
tədbirlər görüləcəyi söylənildi.

Qədirova Züleyxa,
Saatlı rayon Ə.Vəliyev adına Dədə Qorqud kənd tam orta məktəbinin
Azərbaycan dili və ədəbiyyatı müəllimi


Digər xəbərlər

0.19262409210205