Zəngilan rayonu qədim tarixə malikdir

11:23 20-10-2021 | icon 2289
Zəngilan rayonu qədim tarixə malikdir

XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə,
Zəngilanın əsası hicri tarixinin 15-ci ilində yəni 636-637 ildə qoyulub. Zəngilanın 1400 ilə yaxın
yaşı var. Bəs qədim keçmişi olan Zəngilan toponimi özündə hansı mənanı kəsb edir? Bu barədə
müxtəlif fikirlər mövcuddur.Əslən zəngilanlı olancoğrafiya elmlər namizədi Məhəmməd
Cabbarovun qeydlərində göstərilirki, vaxtilə İranda Bəxtiyarlılar deyilən tayfalar yaşamış,
onlardan biridə zəngi adlanmışdır. XVI-XVII əsrlərdə müxtəlif ölkələrdən əhali qrupları köç
salıb. Azərbaycanda məskunlaşdıqları dövrdə zəngilər miqrasiya edərək, rayonumuzun ərasisin-
də qərarlaşıblar.
“Zəngəzurun zəngilanlı ziyalıları” kitabının müəllifi Əli Sulunun yerli ağsaqqallarının fikirlərin-
dən bəhrələnərək qələmə aldığı kitabda orta əsrlərdə viran edilmiş Gilan şəhərindən köçənlərlə
əlaqələndirir. Oraya köçənlər bir birlərinə sən gilanlısan? Deyə müraciət etmişlər. Sonradan “S”
hərfi “Z” hərfi ilə əvəzlənmiş və nəticədə Zəngilan sözü formalaşmışdır.
XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra yeni inzibati ərazi bölgüsü
aparılıb. Bölgü nəticəsində Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib, Sisyan, Qafan,
Qubadlı Lazın və Qubadlı buraya daxil olunub. Zəngilanın ərazisi şərqdən Həkəri çayından
Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. 1920-ci ilin 28 aprel işğalından sonra
bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər
Zəngəzur qəzasını işğal etdilər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur
Azərbaycanın əlindən alınaraq Ermənistana birləşdirilib. Nəticədə qəzanın yuxarı hissəsi
Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgəri isə Azərbaycanın tərkibində qalıb.
Zəngilan rayonu 1930-cu ildə yaradılmışdır. Rayonun sahəsi 707 kvadrat kilometr və əhalisi 35
mindən çox olub.
Ərazisinə bir şəhər, bir qəsəbə, 83 kənd daxildir. İşğal ərəfəsində rayon ərazisində onlarla milli
və dini-tarixi abidə olmuşdur.
XX əsrin sonu Azərbaycan xalqının tarixinə faciələrlə dolu bir dövr kimi yazıldı. Zəngilan
müharibə alovunun qasırğasını 1990- cı ildən daha tez-tez hiss etməyə başladı. Ermənilər dəmir
yolunu bağlayıb,qatarları saxlayıb, adamları girov götürürdülər. 1992-ci ilin əvvəlindən isə
rayonun sərhəd kəndləri döyüş zonasına çevrildi. Yerli əhali gizləyib saxladıqları ov tüfəngləri
ilə torpaqlarımızı qoruyurdular. Ermənilər isə xarici havadarlarının köməyi ilə mükəmməl
silahlanmışdılar. Zəngilanın işğalı artıq 1992 ci ildə faktiki olaraq reallaşmışdı. 1992-ci ilin
yanvar ayının sonunda ermənilərin Zəngilana mütəşəkkil hücumları başlayır. İlin sonunda artıq
Zəngilanın 13 yaşayış məntəqəsi və bir çox stateji yüksəklikləri düşmən əlinə keçir. Bununlada
rayonun işğalının əsası qoyulur. 1993-cü ildə döyüşlər ara vermirdi. Oktyabrın sonuna yaxın
rayon tam mühasirə vəziyyətinə düşür. Oktyabrın 25-26da Sığırt və Bartaz yüksəklikləri işğal
olunur. Bununlada Zəngilanın işğalı başa çatır. Doğma yurdunu tərk edən təxminən 34 min əhali
İran sərhədinə-Araz çayının kənarına toplaşır. Gursulu Araz çayını keçmək olmur. Xalqımızın
xilaskarı ümummilli lider Heydər Əliyev bu dəfə də xalqımızın köməyinə gəlir. O, İran höküməti
ilə danışıqlar aparır və Araz çayı üzərindəki bənddə suyu bağlayırlar. Yalnız bundan sonra əhali
çayı keçib xilas olur. Zəngila rayonunun məcburi köçkünləri Bakıda və respublikamızın 43
rayonunda müvəqqəti məskunlaşmışdı.
Orucov Aslan,
Saatlı şəhər 2 saylı ümumi orta məktəbin tarix müəllimi


Digər xəbərlər

0.24433612823486