Mehriban Əliyeva Boğaziçi sammitinə fəxri qonaq kimi dəvət olunub

13:13 20-10-2021 | icon 1473
Mehriban Əliyeva Boğaziçi sammitinə fəxri qonaq kimi dəvət olunub

“Dekabrda İstanbulda Boğaziçi sammiti keçiriləcək. Həmin tədbirə fəxri qonaq kimi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da dəvət edilib”.

Bu haqda Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın mərkəzi qərargahında keçirilən “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” adlı konfransda çıxışı zamanı deyib.

YAP sədrinin müavini bildirib ki, onu da həmin tədbirdə iştirak etməyə dəvət ediblər.

"Eyni zamanda Mehriban Əliyeva Boğaziçi sammitinin açılış sessiyasında da çıxış edəcək", - o vurğulayıb.


Digər xəbərlər

0.27256298065186