Qurban Qurbanov: "Berdıyevin oyuna məsuliyyətsiz yanaşdığını görməmişəm"
"Həmişə həmkarlarıma hörmətlə yanaşmışam. "Kayrat"ın baş məşqçisi Kurban Berdıyevin uğurlu karyerası olub. Çempionlar Liqasında və Avropa Liqasında yaxşı nəticələr qazanıb. Onun hansısa oyuna məsuliyyətsiz yanaşdığını görməmişəm".
Bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Bakıda üz-üzə gələcəkləri Qazaxıstanın "Kayrat" komandasının baş məşqçisi Kurban Berdıyev haqqında danışarkən deyib.
49 yaşlı mütəxəssis Bakıdakı qarşılaşmanın Berdıyev üçün çox vacib olduğunu söyləyib: "Qarşımızda çox təcrübəli və bacarıqlı baş məşqçi olacaq. Oyunun gedişatında müxtəlif rotasiyalar edə bilər. Biz də bütün bunlara qarşı diqqətli olmalı və öz oyunumuzu qurmalıyıq".
Qurbanov Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün durumu haqqında da danışıb: "Meydançanın durumu pis deyil. Amma tam formalaşmayıb və ot tam olaraq torpağa bərkiməyib. Bəzi yerlərdə problemlər var idi. Buna baxmayaraq ümimi gedişat mənim üçün yaxşıdır. Ot örtüyünü bu səviyyəyə gətirib çıxartmaq yaxşıdır. Lakin meydança tam hazır deyil. Bu oyundan sonra meydanı bərpa etmək üçün xeyli vaxt lazım olacaq. Bu gün məşqimizi burada keçirsəydik, meydan daha çox yüklənəcəkdi".
Təcrübəli baş məşqçi 15 oyun məğlub olmamaları ilə bağlı fikirlərini bölüşüb: "Mənim narahat olduğum məqamlardan biri elə budur. Bir tərəfdən bu statistikaya sevinirəm. Komanda haqqında xoş sözlər deyilir. İstər-istəməz psixoloji zərbələr futbolçulara təsir edir. Bəzən belə seriya olanda düşünürlər ki, komanda nə vaxt məğlub olacaq? Mən heç istəmərəm ki, bu oyunlarda belə hal yaşansın. Çox istəyərəm ki, məğlubiyyətsizlik haqqında yazılar daha az olsun. Biz deyə bilərik ki, bu, bizə təsir etməyəcək. Belə nəticələr digər tərəfdən komandaya inam və ümid verir. Digər tərəfdən sanki gözləyirlər ki, nə vaxt məğlub olacaq? Hər halda aydan-aya, ildən-ilə böyüməliyik. Biz uğurlu nəticələr əldə etmək istəyiriksə, 15 oyunluq məğlubiyyətsizlik seriyasını unutmalı və qarşıdakı görüşə köklənməliyik".
Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat" oyunu saat 20:45-də başlanacaq.
-
"DreamLand" qolf akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib
...
-
Elman Nəsirov: Avarçəkmə Azərbaycanda bu qədər populyar olmamışdı
...
-
“Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib - FOTO
...
-
Ədəhim Nifrəliyev: "Qələbəyə çox ehtiyacımız vardı"
...
-
"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatıb
...
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
...
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...