Qubadlı hadisələri

18:18 20-10-2021 | icon 1565
Qubadlı hadisələri

Qubadlı rayonu Azərbaycanın gözəl guşələrindən biridir.Rayon Azərbaycan Respublikasının
cənub qərbində yerləşir. Ərazisinin əsas hissəsi dağlıqdır. Qubadlı rayonu gözəl təbiətlə,
faydalı qazıntılarla,sıx meşələrlə zəngindir.
Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olnub.
Erməni vandalizimi burada müxtəlif cinayətlər törədib. Həmin cinayətlər nəticəsində 94 yaşayış
məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekt,161 mədəniyyət evi, 7
məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. Rayonun işğalı nəticəsində
29997 nəfər öz dədə-baba yurdundan didərgin salınmışdır.
Qubadlı rayonu ərazisində Bərgüşad, Həkəri çayları və əhəmiyyəti olan 2 su anbarı erməni
qəsbkarları tərəfindən tutulmuşdur. Qubadlı rayonuda əhəmiyətli faydalı qazıntılar var. Hacılı
kəndində mişar daşı yatağı, Əlquluuşaq,Qundanlı, Muradxanlı və Başarad kəndlərində
mərmərləşmiş əhəng daşı yataqları və o cümlədən müxtəlif ərazilərdə tuf daş yatağı, qum-gil
yatağı mövcud olmuşdur.
27 il sonra Ermənistan silahlı qüvvələri tərəfindənişğal olunmuş ərazilərimizdən
Azərbaycanın yeni ərazilərini işğal etmək arzusu ilə müxtəlif təxribatlar törətməyə başladılar və
nəhayət 27 sentyabr 2020-ci il tarixindən Azərbaycanın silahlı qüvvələri erməni terorunun
qarşısını almaq məqsədi ilə əks hücum əməliyyatı həyata keçirərək qısa zaman ərzində
erməni qəsbkarlarını işğal olunmuş ərazilərimizdən qovaraq çıxarmağa başladı.həmin tarixdən
etibarən Azərbaycan silahlı qüvvələri işğal altında olan torpaqları müxtəlif zamanlarda işğaldan
azad etməyə başladı. Bir çox inzibati ərazilər, əhəmiyyətli yüksəkliklər işğaldan azad
olunduqdan sonra nəhayət oktyabrın 25 -i Azərbaycan silahlı qüvvələri Qubadlı rayonunu və
müxtəlif inzibati ərazilərini düşməndən azad edərək bayrağımızın Qubadlıda dalğalanmasına
nail oldular.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2020-ci il noyabrın 26 -da "Qubadlının azad
olunmasına görə" medalı təhsis edildi. Azərbaycan silahlı qüvvələrinin 15189 hərbi qulluqçusu
Qubadlı əməliyyatında gösdərdikləri igidlik və şücaətə görə "Qubadlının azad olunmaslna
görə" medalı ilə təltif edildi.
2020-ci il 23 dekabr tarixində Cənab Prezidentimiz İlham Əliyev Qubadlıda Azərbaycan
bayrağını ucaltdı. Cənab prezidentimiz cixişı zamanı Qubadlı uğrunda şiddətli və ağır döyüşlər
gedib, Azərbaycan şəhidlər verib, onlar arasinda Qubadlı rayonundan olan milli qəhrəman
Şükür Həmidov və başqa igidlərimiz haqqında danışıb.
Artıq bizim qarşımızda duran əsas məqsədlərmizdən biridə Qubadlıda quruculuq işləri aparıb,
onu yenidən qurmaqdır.
Babazadə Mahmud
Saatlı rayon Nəsimikənd kənd tam orta məktəbinin müəllimi


Digər xəbərlər

0.25707507133484