Qubadlı əməliyyatı

18:20 20-10-2021 | icon 1063
Qubadlı əməliyyatı

Azərbaycan Respubikasının cənub-qərbində, Qarabağ yaylasının cənub
şərqində yerləşən olduqca gözəl təbiətə malik olan Qubadlı rayonu –
Xocavənd, Laçın, Cəbrayıl, Zəngilan rayonları və tarixi Azərbaycan torpağı
olan Qərbi Zəngəzur ilə həmsərhəddir.
Qubadlının azad edilməsi uğrunda əməliyyatlar bir neçə gün çəkdi.
Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, növbəti
istiqamət Qubadlı rayonu idi. Erməni hərbi birləşmələri yüksəkliklərdə
yerləşən mövqelərindən müntəzəm olaraq hərbçilərimizə atəş açırdılar.
Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Ona
görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi.
Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib, ilk növbədə,
şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o
cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü
və strateji yüksəkliklər ələ keçirildi və 25 oktyabr 2020–ci ildə Qubadlı
şəhəri, Ermənistan işğalından azad olundu. Qubadlının işğaldan azad
edilməsi tarixi hadisədir. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni
yaxınlaşdırdı. Qubadlı rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar
oldu və Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu.
Həqiqət Həziyeva
Saatlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin
direktor əvəzi


Digər xəbərlər

0.23846101760864