Ərdoğan Azərbaycana səfər proqramını açıqladı

14:56 21-10-2021 | icon 1603
Ərdoğan Azərbaycana səfər proqramını açıqladı

“Oktyabrın 26-da Azərbaycana səfərim olacaq. Səfər proqramında Bakıda olmaq nəzərdə tutulmayıb, amma inşallah Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəyəm”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikadan qayıdarkən jurnalistlərin suallarını cavablandıran zaman bildirib.

“Bu mövzu ilə bağlı qardaşım İlham Əliyevlə də müzakirə aparmışıq. Səfər çərçivəsində hava limanı, oradakı bir neçə magistral yolun açılışını edəcəyik və kənd təsərrüfatı ilə bağlı görülən bəzi işlərlə tanış olacağıq”, - deyə Ərdoğan əlavə edib.


Digər xəbərlər

0.26175308227539