Ordumuzun uğuru Füzuli rayonundan başladı

21:29 27-10-2021 | icon 1869
Ordumuzun uğuru Füzuli rayonundan başladı

Azərbaycan ordusunun şanlı Zəfəri nəticəsində işğaldan azad edilmiş
ərazilərimizdən biri də Füzuli şəhəri və ətraf kəndlərimizdir. Füzuli
şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni
silahlı qüvvələri tərəfindən işğal olunmuşdur.
Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş
Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin
komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən
müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış
məntəqəsi işğaldan azad edilmişdir. Füzuli əməliyyatı Azərbaycan
Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş
vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Bu əməliyyat sayəsində
həmçinin Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri
Azərbaycan Ordusu tərəfindən azad edilmişdir. Vətən müharibəsinin
gedişində Fizuli şəhəri daxil olmaqla rayonun Qoçəhmədli,Çimən,
Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndləri şanlı Ordumuz
tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edilmişdir.
İgidlərimiz 27 ildən sonra şəhərdə bayrağımızı ucaltdılar. Digər
qürurverici məqam isə müharibədən cəmi 9 ay sonra isə Füzulidə inşa
edilən beynəlxalq hava limanının istifadəyə verilməsidir. Belə ki, 2021-
ci ilin sentyabrın 5-də Bakıdan havaya qalxan «Airbus A340-500» tipli
«Qarabağ» sərnişin təyyarəsi Qarabağda yeni inşa olunmuş ilk və
möhtəşəm hava limanında eniş etdi.
Füzuli əməliyyatı ilə tarixi, qədim yaşayış məskənimiz azad olundu,
on minlərlə insanın o yerlərə qayıtması təmin edildi. Füzulinin təmas
xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana
strateji üstünlüklər vermişdir.Fizulinin azad edilməsi Vətən
müharibəsinin gedişatında gtrateji əhəmiyyət kəsb etmişdir. 2020-ci il
noyabrın 26-da "Füzulinin azad olunmasına görə” medalı təsis edildi.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə
Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş

əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusu
"Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Bu gün bizim yaşadığımız bu tarix olduğu kimi, təhrif olunmadan xalqın
yaddaşında qalmalı, gələcək nəsillərə çatdırılmalıdır. Biz münaqişədən
sonrakı mərhələ barədə danışmazdan əvvəl başa düşməliyik ki, bu
ərazilər 30 il işğal altında olub. Bu illər ərzində insanlar min bir əziyyət
çəkmiş, günahsız insanlar qurban getmiş, müsibət dolu bir zaman
yaşanmışdır. 

Abdıyeva Ofeliya
Saatlı rayon S.Vurğun adına 1 saylı tam orta məktəbin müəllimi


Digər xəbərlər

0.24335193634033