Məşhur serial niyə efirə getmədi?

21:31 27-10-2021 | icon 1795
Məşhur serial niyə efirə getmədi?

Türkiyənin ATV telekanalında yayımlanan “Eşkıya Dünyaya Hükümdar Olmaz” serialı izləyicilərini məyus edib.

Yeni mövsümdə ilk bölümünün oktyabrın 26-da yayımlanacağı gözlənilən serial efirə getməyib. ATV həmin saatda “Baba parası” adlı film yayımlayıb.  

İddiaya görə, telekanal serialı istehsal edən prodakşnla maliyyə baxımından razılığa gələ bilməyib və bu səbəbdən günlərdir anonsu yayımlanan serial efirə getməyib. 

 

Bu gün isə baş rol ifaçısı Oktay Kaynarca feysbukda “Ən yaxın zamanda məsələ ilə bağlı açıqlama veriləcək...”, - deyə bildirib.

Telekanal isə rəsmi açıqlama yaymayıb.


Digər xəbərlər

0.25366997718811