Şanlı Azərbaycan ordusu

21:47 27-10-2021 | icon 1849
Şanlı Azərbaycan ordusu

Güclü, qüdrətli ordusu olan hər bir dövlətin müstəqilliyi də sarsılmaz və
əbədidir. Azərbaycanın zəngin dövlətçilik tarixində güclü, mütəşəkkil, peşəkar və
yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı
ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Güclü siyasi iradəyə, yüksək
sərkərdəlik məharətinə malik dahi şəxsiyyətin rəhbərliyi ilə milli ordumuzun
yaradılmasına ötən əsrin 90-cı illərində Naxçıvanda başlanılıb.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir ordu
quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Dünyanın ən güclü 50 ordusu sırasında yer alan 100 yaşlı Azərbaycan Ordusunun
həm silah arsenalı, həm də maddi-texniki bazası genişlənir, şəxsi heyətin sosial-
məişət şəraiti yaxşılaşır, mənəvi-psixoloji hazırlığı və döyüş ruhu daha da yüksəlir.
Ordumuzun bu gücə qovuşmasında xalq-ordu birliyinin mühüm rolu var. Bu gün
xalqla ordu arasında möhkəm əlaqənin, sarsılmaz birliyin mövcud olması
nəticəsində məğlubedilməzliyi və qələbə əzmi daha da artan Azərbaycan
Ordusunun şəxsi heyəti bütün döyüş tapşırıqlarının öhdəsindən layiqincə gələrək
işğal altındakı torpaqlarımızı düşməndən azad etdi.
44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası
ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı
strateji yüksəkliklər azad olundu.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə
illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının
iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.
Ermənistanın öz müqəddəratını təyinetmə ilə əlaqədar bütün iddiaları qüvvədən
düşür, hər şey yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipinə
əsasən həll edilir.Həqiqətdir ki, Şuşaya nəzarət edən Qarabağa nəzarət edir, Şuşa
şəhəri isə Azərbaycanın əlindədir.Kəlbəcər, Ağdam və Laçının boşaldılması və
Ermənistanla sərhəd bölgələrinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi ilə
faktiki olaraq Ermənistanla Dağlıq Qarabağı yalnız 5 km-lik kiçik Laçın dəhlizi
əlaqələndirəcək.Azərbaycan Prezidenti status-kvonu dəyişdi və bu gün
münaqişənin həlli şərtlərini indi Azərbaycan diktə edir.

Tam bir il əvvəl Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı,
torpaqlarımız işğaldan azad olundu. Azərbaycanın 400 nəfərlik rəşadətli
döyüşçüləri Şuşada möhkəmlənmiş üç mindən çox erməni elit hərbi hissələrini
qaçmağa məcbur etdi.
Təbii coğrafi istehkam olan Şuşanı bir neçə gün ərzində az itkilərlə və şəhərə
böyük zərər vurmadan almaq böyük peşəkarlıq, rəşadət rəmzidir. Hadrutda 30
nəfərlik xüsusi təyinatlı dəstəmiz 1500 nəfər erməni muzdlusunu qaçmağa məcbur
etdi.
Azərbaycan əsgəri  yaralı döyüş yoldaşlarını çiynində daşıdığı halda ermənilər
yaşlı qocaları da qoyub qaçmışdılar. Azərbaycanın əldə etdiyi qələbə və apardığı
hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların
hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir.Bu, yeni nəsil
müharibə üsuludur,  planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi,
əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin
döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir.
Qarabağ Azərbaycandır!

Astanova Vüsalə,
Saatlı rayon S.Vurğun adına 1 saylı tam orta məktəbin müəllimi


Digər xəbərlər

0.27832794189453