Holcim Azərbaycan" ASC Azərbaycanda əsas infrastruktur layihələrinin etibarlı tərəfdaşıdır

21:52 27-10-2021 | icon 1585
Holcim Azərbaycan

Azərbaycan hökuməti Qarabağda özünün ilk infrastruktur layihəsi olan yenicə inşa edilmiş Füzuli Beynəlxalq Hava Limanının açılışını edib.

Hava limanı 14 yanvar 2021-ci il tarixində inşa olunmağa başlayıb. 2021-ci ilin mart ayında Füzulidə yeni beton zavodu istifadəyə verilib və 2021-ci ilin aprel ayından "Holcim" şirkəti regiona sement təchizatını həyata keçirməyə başlayıb. Ümumilikdə, layihənin həyata keçirilməsi üçün 4000 min ton yüksək keyfiyyətli sement tələb olunub.

"Biz Azərbaycan iqtisadiyyatına töhfə verdiyimizə görə çox sevirik və hər zaman müştərilərimizin yanında olmağa və onların nəyə tələbat duyduğunu başa düşməyə çalışırıq. Biz maddi-texniki təchizatla bağlı çətinliklərə baxmayaraq, keyfiyyətə ciddi nəzarət etməklə sement təchizatını vaxtlı-vaxtında həyata keçirə bildik", - deyə "Holcim Azərbaycan" ASC-nin Baş icraçı direktoru Xalid Samaka öz çıxışında qeyd edib.

 

Sentyabrda "Azərbaycan Hava Yolları"na məxsus "Airbus A340-500" tipli sərnişin təyyarəsi Bakı şəhərindən Füzuli Beynəlxalq Hava Limanına ilk dəfə eniş edib. Hökumət işğaldan azad edilmiş ərazilərin yüksək potensialını nəzərə alaraq, hava limanının regionda iqtisadiyyatın inkişafına kömək edəcəyinə ümid bəsləyir.

"Biz avtomobil yolunun, dəmiryolunun və hava limanı infrastrukturunun inşası üçün nəzərdə tutulan etibarlı və innovativ sement və birləşdirici material növləri təklif edərək tikinti büdcələrinin optimallaşdırılmasına, dayanıqlılığa və layihələrin vaxtında başa çatdırılmasına öz töhfəmizi veririk. Bundan əlavə, müştərilərimiz "Holcim"in logistika xidmətlərinə və sement və beton sınaq mərkəzimizin texniki dəstəyinə etibar edə bilərlər"- bu fikirləri "Holcim Azərbaycan" ASC-nin Kommersiya direktoru Serjiu Stoikov səsləndirib.


Digər xəbərlər

0.36045217514038