Boksçumuz 1/8 finalda

22:00 27-10-2021 | icon 1635
Boksçumuz 1/8 finalda

Serbiyanın paytaxtı Belqraddakı boks üzrə dünya çempionatı davam edir.

Azərbaycanın daha bir idmançısı mübarizəyə başlayıb.

86 kq-da çıxış edən Alfonso Dominges 1/16 finalda AIBA bayrağı altında yarışan Tavfiqulla Suleymani ilə qarşılaşıb.

 

İlk raundda rəqibini 2 dəfə noqdauna salan Kuba əsilli idmançı yekunda 5:0 hesablı qələbə qazanaraq, 1/8 finala yüksəlib.

Qeyd edək ki, bunadək Azərbaycan boksçularından Məsud Yusifzadə (51 kq) və Malik Həsənov (63,5 kq) ilk görüşlərini qələbə ilə başa vurublar. Ümid Rüstəmov (57 kq) və Rauf Rəhimov (92 kq) isə uduzaraq yarışla vidalaşıblar.


Digər xəbərlər

0.27596998214722