Sabah yağış yağacaq

14:07 28-10-2021 | icon 1032
Sabah yağış yağacaq

Azərbaycanda oktyabrın 29-da gözlənilən hava proqnozu açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər  yarımadanın bəzi yerlərində  çiskinli olacağı ehtimalı var. Axşam isə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 9-11° isti, gündüz  14-16° isti olacaq. Bakıda gecə 9-11° isti, gündüz 14-16° isti olacaq. 

Atmosfer təzyiqi  normadan yüksək 767 mm civə sütunundan 771 mm civə sütununa enəcək.  Nisbi rütubət 60-70 %  olacaq.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 29-da  Abşeron yarımadasında meteoroloji amillərin  mülayim  tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz hava müşahidə olunacaq.  Lakin axşama doğru  bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı  yerlərdə intensivləşəcəyi,  dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Şərq  küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz  0-4° isti olacaq.


Digər xəbərlər

0.26261401176453