Böyük gücə çevrilmiş birlik

11:10 30-10-2021 | icon 1377
Böyük gücə çevrilmiş birlik

Son vaxtlar Azərbaycanda baş vermiş siyasi-hərbi hadisələr ölkəmizə beynəlxalq
birliyin, dünya dövlətlərinin geniş miqyasda dəstəyinin ifadə olunması, dövlətlərarası
münasibətlərin bir daha aydınlaşdırılması baxımından da əhəmiyyətlidir.
Səksən milyondan artıq əhalisi ilə Türkiyə Cümhuriyyətini ləyaqətlə təmsil edən
güclü bir dövlətin Prezidenti Rəcəb Tayyib Ərdoğanın son vaxtlarda bir neçə dəfə
müxtəlif tədbirlərdəki çıxışlarında Türkiyə tərəfindən istənilən məqamda Azərbaycana
hər cür dəstək veriləcəyini bildirməsi qardaş ölkənin, qəhrəman böyük xalqının və
qəhrəman türk əsgərinin ölkəmizə və xalqımıza münasibətinin əməli ifadəsidir.
Atılan qəti addımlar Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün
sahələr üzrə dönmədən inkişaf etdirilməsinə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevlə Türkiyə Cümhuriyyətinin Prezidenti  Rəcəb Tayyib Ərdoğanın
dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlər zəminində də əsl qardaşlıq
nümayiş etdirmələrinin əməli göstəriciləri, mühüm nəticələridir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi bu gün dünyada
Azərbaycan və Türkiyə dövlətləri kimi əsl qardaş ölkələr göstərmək mümkün deyildir.
Bu günlərdə əvvəlcədən razılaşdırılmış dövlətlərarası tədbirlər planına əsasən
Azərbaycan ərazilərində Türkiyə Cümhuriyyətinin ordu birləşmələri ilə birlikdə hərbi
təlimlərin keçirilməsi bütün məqamlardakı möhkəm və sarsılmaz birliyimizin növbəti
təntənəsidir.
Azərbaycan-Türkiyə sərhədində qardaş ölkələrin əsgərlərinin bayraq
dəyişdirilməsi aksiyasını həyata keçirmələri dərin mənaya malik olub, qəhrəman
ordularımızın müqəddəs dövlət rəmzlərimizin keşiyində də eyni amal, eyni məsuliyyət
və şərəflə dayanmaq andlarının əməli ifadəsi deməkdir.
Dövlət rəmzlərinin keşiyində birlikdə dayanmaq, hər iki dövlətin bayraqlarını
qardaş dövlətlərin və xalqların varlığının rəmzi kimi bir yerdə qorumaq ulu öndər Heydər
Əliyevin vaxtilə bəyan etdiyi və artıq atalar sözünə çevrilmiş “İki dövlət, bir millət”
devizinin bütün dövrlər üçün möhkəm həyati gücə və mühüm siyasi əhəmiyyətə malik
olduğunu isbat edir. Bu, o deməkdir ki, Azərbaycan əsgəri üçün Türkiyə dövlət bayrağı,
Türkiyə əsgəri üçün isə Azərbaycanın dövlət bayrağı eyni dərəcədə müqəddəs və
toxunulmazdır.
Həm Şuşada, həm bu gün Zəngilanda rəsmi mərasimin keçirilməsi, Türkiyə
və Azərbaycan dövlət himnlərinin səslənməsi, bizim birgə addımlarımız tarixdə
əbədi qalacaq. Bu tarixi biz birlikdə yazırıq. Necə ki, bütün müharibə dövrü
ərzində birlikdəydik, bu gün də bir yerdəyik.
Soltanova Zahidə Cəmilağa qızı
Saatlı Dövlət Rəsm Qalereyasının əməkdaşı


Digər xəbərlər

0.22648501396179