Bu gün Azərbaycan derbisi var

11:31 30-10-2021 | icon 1561
Bu gün Azərbaycan derbisi var

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start veriləcək.

Turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Turun açılış matçı "Zirə" və "Keşlə" komandaları arasında baş tutacaq. 

 

Günün və turun mərkəzi oyununda isə "Qarabağ" və "Neftçi" üz-üzə gələcək. Azərbaycan derbisi 18:30-da start götürəcək.

Azərbaycan Premyer Liqası, IX tur

30 oktyabr (şənbə)

16:00. “Zirə” – “Keşlə”
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Zirə İdman Kompleksinin stadionu

18:30. “Qarabağ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Vüqar Həsənli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Azersun Arena”

Qeyd edək ki, IX turun "Qəbələ" - "Sabah" və "Sumqayıt" - "Səbail" qarşılaşmaları oktyabrın 31-də olacaq.


Digər xəbərlər

0.270015001297