Bakıda məktəb-liseyin karantin müddəti daha 10 gün uzadılıb
Bakı şəhəri 20 nömrəli məktəb-liseydə karantin müddəti daha 10 gün uzadılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, son günlərdə 20 nömrəli məktəb-liseyin daha bir neçə müəllim və şagirdinin COVİD-19 virusuna yoluxması faktı təsdiqini tapdığı üçün Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən karantin müddəti uzadılıb.
Bildirilib ki, bu müddət ərzində təhsil müəssisəsində dərslər distant formada davam etdiriləcək, tədrisin davamlılığı təmin olunacaq.
Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.
-
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub
...
-
Təhsil İnstitutunun direktor səlahiyyətləri ona həvalə edildi
...
-
ASAPES və MGİMO ikili diplom magistr proqramı tələbələri ilə görüş keçirilib
...
-
Emin Əmrullayevdən Füzulidə Bilik Günü təbriki - Video
...
-
Heydər Əliyev Fondunun inşa etdiyi 500-cü məktəb istifadəyə verildi - Fotolar
...
-
Bu gün Azərbaycanda Bilik Günüdür
...
-
Yeni rektorlar kimlərdir?
...
-
Nazir yeni tədris ili ilə bağlı əmr imzaladı
...
-
Bakıdakı təhsil işçilərinin sentyabr konfransı keçirilir
...
-
Boş qalan yerlərə ixtisas seçimi başlayır
...