Qaradağda şəhidlərimiz anıldı
Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, Musayev Elşən Hüseyn oğlunun şəhadətə ucaldığı gündən bir il ötür.
Musayev Elşən Hüseyn oğlu 21 iyun 1998-ci ildə Ağsu rayonunda anadan olub.
1994-2005 ci illərdə Ağsu şəhər 3 saylı tam orta məktəbdə təhsil alıb.
27 Sentyabr 2020-ci ildə Vətən müharibəsinə qatılıb. Cəbrayıl və Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak edib və 8 oktyabrda şəhid olub.
Şəhidimiz 30 oktyabr 2020-ci ildə Bakının Qaradağ rayonu, Müşviqabad qəsəbəsində dəfn edilib.
Anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhidin ailə üzvləri, yaxınları, qazilər, şəhidin hərbiçi yoldaşları iştirakı ilə Şəhidin məzarı ziyarət olunub, məzarı üzərinə əklil qoyulub.
Daha sonra şəhidin ailəsi ziyarət olunub. Şəhidin valideyinləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirmiş və ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə ediblər.
Bundan başqa, Vətən müharibəsi şəhidi İsmayılzadə Səməndər Vahid oğlu da məzarı başında anılıb.
-
Heydər Əliyev Fondu - 20 il!
...
-
Sabah da yağış yağacaq
...
-
Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - VİDEO
...
-
Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
...
-
Professor İbrahim Cəfərovun “Bitki xəstəlikləri və onların idarə edilməsi” kitabı çap edilib - FOTO
...
-
DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil etdi
...
-
Yağış yağacaq - Faktiki hava açıqlandı
...
-
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
...
-
Mədəniyyətlərarası dialoq uğurlu platformadır
...
-
Postmüharibə dövrünün reallıqları
...