“AzerGold” 5 illiyinə həsr olunmuş videoçarx təqdim edib - VİDEO
“AzerGold” QSC-nin 5 illik yubileyinə həsr olunmuş videoçarx hazırlanıb.
QSC-dən bildirilib ki, “AzerGold” – Yüksək dəyər meyarı!” şüarı ilə təqdim olunan videoçarx səhmdar cəmiyyətin ötən 5 il ərzində ölkəmizin dağ-mədən sənayesinin inkişafı ilə bağlı əldə etdiyi nailiyyətləri, eləcə də ətraf mühitin mühafizəsi, sosial-iqtisadi yönümlü dövlət proqramlarına dəstək xarakterli tədbirlər, fəaliyyət göstərdiyi bölgələrdə yaşayan ailələrin qayğı ilə əhatələnməsi istiqamətində reallaşdırdığı layihələri bədii üslubda, ümumiləşdirilmiş formada əks etdirir.
Qeyd edək ki, “AzerGold” QSC Prezident İlham Əliyevin 2015-ci il 11 fevral tarixli Sərəncamına uyğun olaraq 2016-cı il iyulun 5-də təsis edilib. Cəmiyyət əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, o cümlədən hasilat, emal, rəqabətədavamlı məhsulların istehsalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, eləcə də bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
Sözügedən videoçarxla tanış olmaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz:
Youtube/AzerGoldQSC: https://www.youtube.com/watch?v=EtijU1uE9sA
Wetransfer: https://we.tl/t-MHWMG5ces9
-
“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı
...
-
AZAL-a yeni prezident təyin olundu - Sərəncam
...
-
Salyan rayonunda Aqrar Biznes Festivalı keçirilib
...
-
Bakıda taksi ilə hara gedirlər: Ən çox gedilən yerlərin top-10-u
...
-
Prezidentdən əmək pensiyaları ilə bağlı - Sərəncam
...
-
“CityNet” indi “Nar” mağazalarında
...
-
“Azərsığorta” ləğv olunub
...
-
“Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir - FOTO
...
-
Azərbaycanda süni brilyant istehsal ediləcək
...
-
“Nar” kubokunun sahibi “Breyn Rinq”in çempionu olub
...