BANM-lə Boğaziçi Universiteti arasında memorandum imzalandı - Fotolar
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Türkiyənin Boğaziçi Universitetinin rektoru, professor Naci İnci, prorektor, professor Gürkan Kumbaroğlu və baş katibin müavini, dosent Nedim Malkoç ilə görüşüb.
Qardaş ölkənin nümayəndə heyətini Ali Məktəbdə görməkdən məmnun olduğunu bildirən Elmar Qasımov BANM-in uğurlarından bəhs edib. Rektor bildirib ki, bu il ölkə üzrə Prezident təqaüdünə layiq görülən 102 nəfərdən 33-ü BANM-in tələbəsidir. Bu, Azərbaycan təhsil tarixində ən yüksək göstəricidir. Rektor BANM tələbələrinin yerli və xarici şirkətlərdə yüksək səviyyədə istehsalat təcrübəsi keçdiklərini vurğulayıb. Görüşdə ali məktəblər arasında ikili diplom proqramının həyata keçirilməsi geniş müzakirə olunub. Boğaziçi Universitetinin rektoru, professor Naci İnci Bakı Ali Neft Məktəbi kimi nüfuzlu, beynəlxalq səviyyəli bir ali təhsil müəssisəsinin fəaliyyətini yüksək qiymətləndirib.
Gürüşdə Bakı Ali Neft Məktəbi ilə Türkiyənin Boğaziçi Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Əməkdaşlıq sənədini Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Boğaziçi Universitetinin rektoru, professor Naci İnci imzalayıblar.
Anlaşma Memorandumunun məqsədi hər iki müəssisənin professor-müəllim heyəti və tələbələri arasında təhsil yönümlü, professional və mədəni fəaliyyətləri dəstəkləyərək beynəlmiləllik anlayışını, təqaüd üzrə əməkdaşlığı, mədəniyyətlərarası inteqrasiyanı və dostluq münasibətlərini önə çəkməkdir. Memorandum hər iki universitet tərəfindən zəruri və uyğun görülən proqramları həyata keçirmək üçün universitetlərarası münasibətin gücləndirilməsi və inkişafına töhfə verməyi özündə əks etdirəcək.
Anlaşma Memorandumunda professor-müəllim heyəti, tələbə mübadiləsi, birgə tədqiqat fəaliyyətləri, seminarlarda və akademik görüşlərdə iştirak, tədris vəsaitləri və digər informasiya materiallarının mübadiləsi, eyni zamanda qısa müddətli xüsusi akademik proqramların icrası da nəzərdə tutulur.
-
Emin Əmrullayev uşaqları Şuşadan təbrik etdi - Video
...
-
UNEC Zaqatala filialında Azərbaycan Respublikasının müstəqilliyi günü ilə əlaqədar dəyirmi masa keçirilib
...
-
Goranboy rayon Quşçular kənd H.Cəfərov adına tam orta məktəbin direktoru Ceyhun Cahangirov təltif olunub - FOTO
...
-
Mətin Kərimliyə yüksək vəzifə verildi
...
-
Astarada Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsil Festivalı keçirilib
...
-
İmtahan sualları bu bunkerdə hazırlanırmış... - Video
...
-
UNEC Zaqatala filialında ümummilli Lider Heydər Əliyevin yüz illik yubileyi ilə əlaqədar rayon məktəblilərinin bilik yarışması keçirilib
...
-
Emin Əmrullayev Londonda forumda iştirak edir
...
-
Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyevin görmək istədiyi universitet” mövzusunda Respublika Elmi-praktiki konfrans keçirilib
...
-
UNEC Zaqatala filialı "Heydər Əliyevin İKT siyasəti müasir mərhələdə" mövzusunda tədbir keçirib
...