Orduya dəstək adı ilə pul tələb edənlər tutuldu

20:23 02-11-2021 | icon 1993
Orduya dəstək adı ilə pul tələb edənlər tutuldu

Azərbaycanda orduya dəstək adı ilə şirkətlərdən pul tələb edən şəxslər saxlanılıb.

DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, özlərini Qeyri-Hökumət Təşkilatının (QHT) rəhbəri kimi təqdim edərək Zəfər günündə orduya dəstək adıyla şirkətlərdən pul tələb edən şəxslər DİN əməkdaşları tərəfindən müəyyən olunaraq polis idarəsinə gətiriliblər.

 

Hazırda araşdırmalar gedir. Əlavə məlumat veriləcək.

 

 

Digər xəbərlər

0.21589612960815