İki güləşçimiz yarımfinalda

20:25 02-11-2021 | icon 1756
İki güləşçimiz yarımfinalda

Serbiyanın paytaxtı Belqradda güləş 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.

Azərbaycanın daha 2 yunan-Roma güləşçisi bu gün mübarizəyə başlayıb. 67 kq-da çıxış edən Həsrət Cəfərov debütdə meksikalı Dieqo Martinesi məğlub edib. 1/8 finalda rumıniyalı Vasile Dosoftei, növbəti mərhələdə isə qazaxıstanlı Sultan Assetuliyə qalib gələn idmançı yarımfinala yüksəlib.

 

72 kq-dakı Ülvi Qənizadə isə startda Qırğızıstan güləşçisi Ligilik Satimkul üzərində inamlı qələbə qazanıb. 1/8 finalda Hindistan təmsilçisi Vikaş Vikaşla gərgin qarşılaşmadan da qalib ayrılan idmançını 1/4 finalda macarıstanlı Atilla Toesmaqi ilə görüşüb. Qarşılaşma Ülvinin qələbəsi ilə bitib və o, yarımfinala yüksəlib.

Qeyd edək ki, 55 kq-da mübarizə aparan Nihad Quluzadə isə təsəlliverici görüşlərə qatılıb. Əvvəlcə özbəkistanlı İxtiyar Botirovu, ardınca isə ukraynalı Taras Krupskini mübarizədən kənarlaşdıran güləşçi bürünc medal uğrunda ABŞ təmsilçisi Teylor La Montla üz-üzə gələcək.


Digər xəbərlər

0.23318290710449