Dövlət Bayrağı milli suverenliyin simvoludur

10:17 04-11-2021 | icon 1881
Dövlət Bayrağı milli suverenliyin simvoludur

Dövlətin yaranması ilə meydana gələn bir sıra elementlər var ki, onların varlığı dövlətin movcudluğundan xəbər verir. Bura ideoloji, iqtisadi, siyasi, hərbi, dini-fəlsəfi elementlər aiddir.Dövləti xarakterize edən bu elementlər sırasında siyasi hakimiyyət(hakimiyyətin formaları və dövlət institutları), ərazi (dövlət institutlarının fəaliyyət göstərdiyi və hökümətin hakimiyyəti yayılan, sərhədlərlə çərçivələnən məkan), iqtisadi potensial (o cümədən, öz valyutasına malik olmaq hüququ),silahlı qüvvələr, ölkə əhalisinin etnik tərkibi, dövlət dili, dövlət ideologiyası (din, ənənələr, inkişaf haqqında təsəvvürlər) və nəhayət, dövlətçilik simvolları önəmli yer tuturlar.

Mühüm tarixi abidə olan ənənəvi simvollar dövlətin yaranması ilə onun rəmzlərinə çevrilir, bütün təsviri, emosional və psixoloji vasitələr kompleksi ilə insanın ağıl və hisslərinə ideoloji təsir vasitəsini yerinə yetirir, cəmiyyətin həyatında baş verən bu və ya başqa hadisələri.

Məlumdur ki, bayraq, gerb, himn kimi atributlar milli dövlətçiliyin istiqlaliyyətini, varlığını, xalqın ən ali amallarını lakonik, obrazlı, bədii dildə ifadə edən mühüm amillərdəndir.Hər bir ölkənin dünya dövlətləri sistemində mövqeyi, onun tarixi və milli dəyərləri, dövlətçilik ənənələri onun heraldika və rəmzlərində öz əksini tapir.

Rəmzlər onun daşıyıcısının dünyagörüşü və ideologiyasını büruzə verən əşya şəklində deklarasiya olunurdu.Qədim Çin filosofu Konfusinin dili ilə desək, dünyanı insanlar deyil, rəmz və nişanələr idarə edirlər.Doğrudan da, hər hansı ölkəni tanımaq üçün iki üsuldan istifadə edilir: verbal və işarəli.Verbal üsula ölkənin adı, işarəli üsula gerb və bayraq aid olunur.

Bayraq dövlətçiliyin birinci simvoludur.

“Bayraq” sözü müstəqillik işarəsidir.Müasir anlamda bayraq dövlətimizin, millətimizin, müstəqillilk, suverenlik, milli azadlıq və istiqlal rəmzi, simvolu funksiyasında işlənməkdədir.

Bayraq, eyni zamanda milli azadlığın, istiqlal ideyalarının, bəşər sivilizasiyasında istər xalqın, istərsə də dövlətin yerinin və rolunun təcəssümüdür.

Bayraq ilk növbədə birlik rəmzidir,eyni zamanda o, əvəzolunmaz emosional təsir qüvvəsinə malik vasitədir. Bayraqlarda olan simvol və rəmzlər həm keçmişdən, həm gələcəkdən xəbər verir.Bayraq rəmzlərin, şəkillərin, yazıların çətin, bəzən isə mücərrəd dili ilə onu tərtib etmiş xalqın keçmişindən və gələcəyə doğru ümidlərindən xəbər verir.

Bayraq millətin ruhunu özündə ehtiva etməklə yanaşı, dövlətin varlığını sübut edən rəmzdir.Bir millətin dövləti varsa, bayrağı da var.Dövlətin rəmzinin öz fəlsəfəsi olmalıdır.Azərbaycan bayrağı da özünün rənglərindəki fəlsəfi mənası ilə xalqımızın düşüncəsini, ruhunu, xarakterini əks etdirir.Əlbəttə ki, bayraq millətin, dövlətin şərəf və ləyaqətinin göstəricisidir.Dövlət müstəqilliyinin ən böyük göstəricilərindən biri də onun bayrağıdır.

Dövlət bayrağı, milli bayraq müqəddəs anlam daşıyır.Çünki Dövlət bayrağı Azərbaycan Respublikasının milli müstəqilliyini, milli azadlığını, milli dövlətçiliyini əks etdirir.Milli bayraq millətimizin, xalqımızın azadlıq və istiqlal ideyalarının, milli varlığının, bəşər sivilizasiyasında özünəməxsus qədim və çağdaş mədəniyyətə sahib olduğunun təcəssümüdür.

Bayraq Azərbaycan Respublikasının mühüm dövlət rəmzlərindən biridir.Planetimizin hər bir ölkəsi kimi Azərbaycan Respublikası da dünya dövlətləri sırasında öz bayrağı ilə təmsil olunur, tanınır.Tarixə nəzər salsaq görərik ki, Azərbaycan ərazisində müxtəlif dövrlərdə mövcud olmuş dövlətlərin bayraqları dövlətin xarakterinə, xalqın düşüncəsinə, milli mənəvi keyfiyyətlərinə uyğun bir tərzdə seçilirdi.Bu səbəbdən istər tarixdə, istərsə də indinin özündə hər hansi bir ölkənin bayrağına diqqət yetirsək, həmin bayraq altında hansı cəmiyyət yer alibsa onun simasını, keçdiyi inkişaf yolunu, bayraqdakı təsvir və rənglərin mənasını göre bilərik.

Dövlət bayrağı dövlətin rəsmi fərqləndirici əlamətidir və onun təsviri konstitusiyada qanunvericilik yolu ilə təsbit edilir.Dövlət bayrağı məxsus olduğu dövlətin fərqləndirici əlamətidir.

Azərbaycan Respublikasının təqdimat vəsiqələrindən, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı - Dövlət bayrağıdır. Milli bayraq siyasi, ideoloji, mənəvi baxımdan bir millətin və bu milləti təşkil edən dövlətin mövcudluğunu təsdiqləyən rəmzdir.

Dövlət bayrağı hər birimiz üçün Vətən, millət və dil qədər müqəddəsdir.Bayrağın yeri ucalıqdır.Təsadüfü deyil ki, bayraq salona daxil olanda hər kəs ayağa qalxır.

Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökümətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub.

Lakin müqəddəs istiqlal rəmzi-Üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən 1-ci sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağı kimi qəbul olundu. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bununla göstərdi ki, milli özünüdərkin ilk mərhələsi milli rəmzlərin qaytarılmasıdır, milli müstəqilliyinin bünövrəsinin qoyulması isə həmin müstəqilliyi tərənnüm edən rəmzlərin qaldırılmasıdır.Bu cəsarətli addım bütün Azərbaycan xalqı tərəfindən alqışlandı, dəstəkləndi, o dövrki Azərbaycan siyasi rəhbərliyinə əhəmiyyətli təsir göstərdi.

Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Dövlət rəmzləri, o cümlədən Dövlət Bayrağının təbliğinə böyük əhəmiyyət verirdi.

Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə ictimai-siyasi sabitliyi təmin etməklə, dövlətin parçalanmasına yönəlmiş separatçı cəhdlərin qarşısını qətiyyətlə almaqla bərabər, Azərbaycanın üçrəngli bayrağını uca tutmuş, onun bütün bölgələrdə dalğalanmasını təmin etmişdir. 1995-ci ildə ümumxalq referendumu ilə qəbul olunmuş Azərbaycan Konstitusiyasında üçrəngli bayraq dövlət rəmzi kimi təsbit edilmişdir. Ulu öndər Heydər Əliyevin 1998-ci il 13 mart tarixli "Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında" sərəncamı dövlət atributlarının təbliği baxımından mühüm əhəmiyyət daşımışdır. "Azərbaycanın bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun" - deyən Ulu Öndər çıxışlarında bunu dəfələrlə bildirmişdir.

Tarixi inkişaf yollarından asılı olaraq dövlətçilik rəmzləri daim dəyişir.Belə ki, “Azərbaycan Respubublikası Prezidenti Heydər Əliyevin yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibəti ilə Azərbaycan xalqına müraciəti”ndə gostərilir ki, müasir Azərbaycan rəmzləri Parlament, hökümət, ordu. pul vahidi Bayraq, Gerb, Himn və Konstitusiyadır.

Heydər Əliyev milli mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanılmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürürdü.Bunlarsız millət yoxdur.Bunları qoruyub saxlamış xalq isə həmişə müstəqillik yolu ilə getmək, müstəqilliyini qorumaq əzmindədir.

Heydər Əliyevin ucaltdığı bayraq bu gün etibarlı əllərdədir, onu ölməz şəxsiyyətin ləyaqətli siyasi varisi cənab İlham Əliyev aparır.

2004-cü il 8 iyun tarixli “Azərbaycan Respublikasının Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi dövlət rəmzlərinin qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülmüş mühüm tədbirlərden biridir.

2007-ci il noyabr ayının 17-də Prezident İlham Əliyev tərəfindən “Bakıda Dövlət Bayrağı Meydanının yaradılması” və 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” olan Sərəncamlar dövlət başçısının və Azərbaycan xalqının Dövlət bayrağına olan dərin dərin ehtiramının və yüksək dəyərin bariz nümunəsidir.Ölkə başçısının imzaladığı bu sərəncamlar Dövlət bayrağının dövlət bayrağının dövlət rəmzləri sırasında tutduğu əhəmiyyətli yeri və rolunu, xalqımızın qədim tarixini, mədəniyyətini, milli –mənəvi dəyərlərini dünya ictimaiyyətinə təbliğ etmək naminə gördüyü uğurlu siyasətin ifadəsidir.

Məhz Prezidentin səyi nəticəsində Dövlət Bayrağı Günü indi dövlət səviyyəsində keçirilən ən əhəmiyyətli bayramlar sırasındadır. Bu bayram Azərbaycan xalqını daha da sıx birləşdirir, həmrəy edir. Bu da bir daha möhtərəm Prezident İlham Əliyevin müstəqil Azərbaycanın dövlətçilik rəmzlərinə və ənənələrinə, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycançılıq ideyasına, milli-mənəvi dəyərlərin qorunmasına sadiqliyini əyani şəkildə sübut edir. Bu gün doğma vətənimiz Azərbaycanda dalğalanan bayrağımız hamımızda böyük iftixar hissi yaradaraq xalqın müstəqil dövlətçiliyini qorumaq, inkişaf etdirmək və yaşatmaq əzmini göstərir. 

Müstəqil dövlətçiliyimizin rəmzləri ilə bağlı Azıərbaycan dövlətinin qurucusu Heydər Əliyevin fikirləri tarixi əhəmiyyətə malikdir.”Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir.Vətəndaşlarımıza, xüsusən gənclərimizə dövlət atributlarina dərin ehtiram hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir.Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ edilməsi vətəndaş cəmiyyətinin yaradılmasının mühüm amillərindən biridir”.

Ölkəmizin başı üzərində dalğalanan üç rəngli bayrağımız da Azərbaycan xalqının milli mənsubiyyətini, mənəvi dünyasını, tarixi keçmişini müasir mədəni inkişafını təcəssüm etdirir.Bayraqlar dövlətin, hadisələrin ən önəmli əlamətlərini özündə əks etdirir.

Dövlət bayrağımız Azərbaycanımızın ərazi bütövlüyü və toxunulmazlığının,dünya azərbaycanlılarının mənəvi-siyasi və mədəni birliyinin, vahidliyinin, bölünməzliyinin simvoludur.Bu bayraq millətimizin, dövlətimizin şərəf və ləyaqətinin, müqəddəslik və əbədiliyinin, sarsılmaz və yenilməzliyinin rəmzidir.

Azərbaycan Bayrağı-Azərbaycan Vətəndaşlarının namus və qeyrət emblemi olub, dövlətimizin mənəvi-siyasi pasportu, vizit vərəqidir.

Dövlət bayrağı dövlətin rəsmi fərqləndirici əlamətidir və onun təsviri, adətən konstitusiyada qanunvericik yolu ilə təsbit edilir.Dövlət bayrağı məxsus olduğu dövlətin suverenliyinin rəmzidir.

Milli bayraq bizim xalqımızın mədəniyyətini, xasiyyətini və tarixini özündə əks etdirən simvoldur.

Böyük qürurla öpüb, altından keçdiyimiz dövlət bayrağımızın müqəddəsliyini və zərb-məsələ çevrilmiş “Bayraqları bayraq edən üstündəki qandır, torpaq egər uğrunda ölən varsa,Vətəndir!” sözlərini heç vaxt unutmaq olmaz.

Biz bu gün müstəqil ölkə kimi yaşayırıq.Biz fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq.Biz müstəqil siyasət aparırıq.Hər bir vətəndaş tutduğu yerindən asılı olmayaraq öz əməyi ilə hər gün ölkəmizi gücləndirməlidir.Əz əməli işlərimizlə, Vətənə sədaqətlə, görülən işlərlə, atılan addımlarla.Bu gün Azərbaycan cəmiyyətində bu həmrəylik, milli həmrəylik, milli səfərbərlik, vətənpərvərlik ruhu vardır.

Milli qürurumuzun rəmzi olan üçrəngli bayrağımız hər zaman ucalarda tutulacaq və heç vaxt enməyəcəkdir.Azərbaycan bayrağını müqəddəsləşdirən təkcə onun and yerimiz olması deyil, bayraq həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir.

Bu gün Azərbaycan Respublikasının müxtəlif sahələrdə qazandığı uğurlar bayrağın yüksəklərə ucaldılması ilə nümayiş etdirilir. Bu, hər bir Azərbaycan vətəndaşında qürur hissi oyadır. Andiçmə mərasimləri zamanı prezidentlərin

Dövlət bayrağına olan münasibəti müqəddəs rəmzin həyatımızdakı mövqeyinin göstəricisidir. Hazırda Azərbaycan dünyada iqtisadi inkişaf tempinə görə qabaqcıl ölkələr sırasındadır.

Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın daxili və xarici siyasətində, elm, təhsil, mədəniyyət, idman, ordu quruculuğunda əldə edilmiş nailiyyətlər, seçilmiş strateji yol indi də ölkə başçısı tərəfindən uğurla davam etdirilir. Müxtəlif sahələrdə qazanılan nailiyyətlərin əsasında biz öz dövlətçilik tariximizi, mədəniyyətimizi, irsimizi təbliğ edə bilirik.

Bütün sahələrdə qazanı­lan hər bir uğurun ilk göstəricisi kimi bayrağımızın dalğalanmasının şahidi oluruq. Azərbaycanın üç­ rəngli bayrağı bu gün ayrı-ayrı dövlət qurumları­nın, diplomatik nümayəndəliklərin binaları üzərində ucaldılır, mühüm beynəlxalq, ictimai-mədəni tədbirlərdə, idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. Vətənimiz Azərbaycanın üçrəngli bayrağının əbə­ di olması və daima zirvələrdə dalğalanması üçün hər bir gənc bütün sahələrdə uğur qazanmağa çalışmalıdır. Çünki bayrağımızın daim yüksəklərdə vüqarla dalğalanması dövlətimizin gücünü və artan nüfuzunu göstərir.

Bu gün Azərbaycan gəncliyinin qarşısında duran başlıca vəzifələrdən biri Azərbaycanın dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət, ehtiram ruhunda tərbiyə edilməsidir. Bu yol vətəndaş cəmiyyətinin formalaşmasına, Azərbaycanın müstəqilliyini əbədi edəcək vətənpərvər gəncliyimizin yetişdirilməsinə nail olmaqdan ibarətdir. Milli müstəqilliyin, azadlığın müqəddəs atributlarına - bayrağa, gerbə, himnə münasibət, əslində, hər bir Azərbaycan vətəndaşının, hər bir azərbaycanlının dövlətimizə, millətimizə, dövlətçiliyimizə münasibətini əks etdirir.

Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir.Azərbaycan əsgəri də Vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən üçrəngli bayrağa and içir.Üçrəngli bayrağımız hər zaman əbədi olacaq, bütün dünyada Azərbaycan dövlətinin və xalqın imzasını qürurla təsdiqləyəcək.

Vətənimiz Azərbaycanın üçrəngli bayrağının əbə­di olması və daima zirvələrdə dalğalanması üçün hər bir gənc bütün sahələrdə uğur qazanmağa çalışmalıdır.Çünki bayrağımızın daim yüksəklərdə vüqarla dalğalanması dövlətimizin gücünü və artan nüfuzunu göstərir.

Zahid Hüseynli

Nəsimi rayon sakini


Digər xəbərlər

0.23672795295715