Bu gün “Qarabağ”ın avrokubok matçı var

10:28 04-11-2021 | icon 1454
Bu gün “Qarabağ”ın avrokubok matçı var

Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi “Qarabağ” bu gün növbəti oyununa çıxacaq.

Ağdam təmsilçisi Konfrans Liqasının qrup mərhələsinin IV turunda Qazaxıstanda “Kayrat”ın qonağı olacaq.

Almatıda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 19:30-da start götürəcək.

 

Qeyd edək ki, Qurban Qurbanovun komandası keçirdiyi üç oyundan sonra qrupda ikinci pillədə qərarlaşıb. “Qarabağ”la eyni xalı toplayan “Bazel” isə top fərqinə görə birincidir.

Xatırladaq ki, qrupun digər matçında “Bazel” səfərdə “Omoniya”nın qonağı olacaq.

Konfrans Liqası
H qrupu, IV tur
4 noyabr

19:30. “Kayrat” - “Qarabağ”
Baş hakim: Dumitri Muntean (Moldova)
Almatı. Mərkəzi Arena


Digər xəbərlər

0.29877996444702