Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir

10:23 06-11-2021 | icon 1231
Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir

Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq ötən il sentyabrın 27-də
başlanan İkinci Qarabağ müharibəsi tarixi ədalətin bərpası, dövlətimizin və
xalqımızın qələbəsi ilə başa çatdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham
Əliyev bu zəfərlə vətənimizi bütün dünyaya həm də döyüş meydanında qalib
dövlət kimi tanıtdı.
Sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri əks-hücum və cavab
tədbirlərinin həyata keçirilməsinə başladı. Elə hərbi əməliyyatların ilk günündən
düşmən sözün əsl mənasında peşman edildi. Vətən müharibəsinin hər günü
müasir döyüş imkanlarından istifadə edən Azərbaycan Ordusunun müzəffər
yürüşü ilə yadda qaldı.
Möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
rəşadətli Azərbaycan Ordusunun hücum əməliyyatları nəticəsində Ermənistanın
30 ilə yaxın idi işğal altında saxladığı rayonlarımızı, şəhər və kəndlərimizi bir-
birinin ardınca azad etdi. Əməliyyatlar başlanandan qısa müddət sonra
Cəbrayılda, Füzuldə, Zəngilanda, Qubadlıda, xalqımızın milli kimliyinin təsdiqi
olan Xudafərin körpüsündə Azərbaycan bayrağı dalğalanmağa başladı. İranla
dövlət sərhədinin 132 kilometrlik hissəsinə nəzarət tam təmin olundu. Laçın,
Xocavənd və Tərtər rayonlarının kəndləri də daxil olmaqla, 300-ə yaxın yaşayış
məntəqəsi işğaldan təmizləndi.
Prezident İlham Əliyev müsahibələrinin birində demişdi ki, "Şuşasız bizim
işimiz yarımçıq olar. Çünki Şuşa bizim döyünən ürəyimiz, qürur mənbəyimiz,
qeyrət qalamızdır". 2020-ci il noyabrın 8-də, Dövlət Bayrağı Günü ərəfəsində
qədim Azərbaycan şəhəri, milli mədəniyyətimizin, milli musiqimizin beşiyi, qürur
ünvanımız olan Şuşa şəhərinin işğaldan azad edilməsi İkinci Qarabağ
müharibəsində bütün Azərbaycan dövlətçiliyinin tarixinə qızıl hərflərlə düşən
hadisə oldu. Öz ərazilərini işğaldan təmizləməklə Azərbaycan Ermənistanı, ilk
növbədə, BMT-nin qətnamələrini yerinə yetirməyə məcbur etdi. Öz xoşu ilə
vaxtilə qətnamələrin tələblərini yerinə yetirməyən işğalçı indi qəhrəman ordumuz
tərəfindən cəzalandırılaraq torpaqlarımızdan qovuldu.
Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi.
Bununla da Ordumuz dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri
olduğunu əyani göstərdi. Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin ordu quruculuğu istiqamətində həyata keçirdiyi səyləri öz bəhrəsini verdi
və bu gün ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan
qurumların reytinqlərinə əsasən Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu
sırasında yer almışdır.

Fərəcov Nazim Muğdət oğlu
Saatlı Dövlət Rəsm Qalereyasının əməkdaşı


Digər xəbərlər

0.26442003250122