İcra başçısının çıxışı zamanı şəhid qızının bu addımı gündəm oldu - Video

14:09 11-11-2021 | icon 1553
İcra başçısının çıxışı zamanı şəhid qızının bu addımı gündəm oldu - Video

Göyçayda keçirilən tədbirlərin birində maraqlı anlar yaşanıb.

Bu, rayonun icra başçısı Mehdi Səlimzadənin çıxışı zamanı qeydə alınıb.

Belə ki, RİH rəhbərinin çıxışı zamanı şəhid Toğrul Hacıyevin 4 yaşlı qızı Ləman şeir deməyə başlayıb. Şəhid övladının bu videosu sosial şəbəkələrdə maraqla qarşılanıb. İcra başçısı şəhid qızının addımını gülüşlə qarşılayıb.

 

Qeyd edək ki, Toğrul Siyavşah oğlu Hacıyev 4 fevral 1991-ci ildə Göyçay rayonunun Çayarxı kəndində anadan olub. O, oktyabrın 25-i Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.

Şəhidimizin Ləmanla yanaşı, iki yaşlı Tunar adlı oğlu da Vətənə yadigar qalıb.

 

 


Digər xəbərlər

0.33900809288025