"Azərbaycan Dəmir Yolları" tranzit yük daşımalarını 15% artırıb

22:25 11-11-2021 | icon 1276

Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Dəmir Yolları” (ADY) QSC 10,97 milyon ton yük daşıyıb.

Bu, ötən ilin eyni dövrünə nisbətən 0,4% azdır.

9 aylıq yük daşımalarının 5,438 milyon tonu və yaxud 45,6%-i beynəlxalq (idxal-ixrac) daşımaların payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 5% azdır.

Son 1 ildə tranzit yük daşımalarının həcmi 15,4% artaraq 3,448 milyon tona çatıb, daxili yük daşımalarının həcmi isə 0,95% azalaraq 2,084 milyon tona düşüb.


Digər xəbərlər

0.25990390777588