Sinif otağı odun sobası ilə qızdırılır? - AÇIQLAMA
Bəzi sosial şəbəkələrdə İmişli rayon, Qaravəlli kənd orta məktəbində sinif otağının odun sobası ilə qızdırılması ilə bağlı məlumatlar paylaşılıb.
Məsələ ilə bağlı İmişli Təhsil Şöbəsi ilə əlaqə saxladıq. Təhsil Şöbəsinin müdiri Ələmdar Quliyev Azeripress.az-a açıqlamasında bildirdi ki, yayılan fotoşəkil qərəzlidir:
"İlk öncə onu bildirim ki, istilik çətinliyi həqiqətən var. Bunun da səbəbi “Azəristiliktəchizat”ın istilik sistemlərini ölkə üzrə noyabr ayının 15-indən başlayaraq verməsidir. Yəni bu bizdə deyil, respublika ərazisində olan müvəqqəti çətinlikdir.
O ki, qaldı Qaravəlli kənd məktəbinin sinif otaqlarının odun sobası ilə qızdırılması faktına, sizi əmin edirəm ki, fotolar qərəzli və məqsədli şəkildə çəkilərək sosial şəbəkələrdə yayılıb. Lakin, yenə də məsələ tərəfimizdən araşdırılacaq".
-
Müəllimlərin XVI qurultayı keçiriləcək
...
-
Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb
...
-
Dərslər bu tarixdə başlayacaq - Nazirlik açıqladı
...
-
Ali məktəblərə ixtisas seçimi bu tarixlərdə aparılacaq
...
-
II ixtisas qrupu üzrə qəbul imtahanının düzgün cavabları açıqlandı
...
-
DTX Akademiyasında buraxılış tədbiri keçirildi - Fotolar
...
-
Sabahdan müəllimlərin sertifikatlaşdırma imtahanlarının test mərhələsi başlayır
...
-
18 məktəb direktoru vəzifəsindən azad edilib
...
-
Nazir “Son zəng”lə bağlı əmr imzaladı
...
-
6-cı siniflərdə bu fənlər keçirilməyəcək
...