AFFA-nın türkiyəli baş məşqçi ilə anlaşdığı iddia olunub

10:32 13-11-2021 | icon 1504
AFFA-nın türkiyəli baş məşqçi ilə anlaşdığı iddia olunub

Azərbaycan millisində baş məşqçi postu türkiyəli Samet Aybabaya tapşırılacaq.

Belə bir iddia ilə Türkiyənin "Milliyet" qəzeti çıxış edib.

Nəşr 66 yaşlı mütəxəssislə danışıqlar aparıldığını və böyük ölçüdə razılığın əldə olunduğunu yazıb.

AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla isə məlumatın həqiqəti əks etdirmədiyini söyləyib.

O, "Report"a açıqlamasında milli assosiasiyanın Aybaba ilə nəinki anlaşdığını, heç onunla danışıq belə aparmadığını vurğulayıb.

Qeyd edək ki, Samet Aybaba sonuncu dəfə "Adana Demirspor"un baş məşqçisi olub. O, üç aya yaxındır işsizdir.


Digər xəbərlər

0.29401588439941