Taekvondoçularımız Avropa çempionu oldu - Fotolar

23:46 13-11-2021 | icon 1698
Taekvondoçularımız Avropa çempionu oldu - Fotolar

Azərbaycanın daha 2 taekvondoçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən gənclər arasında Avropa çempionatında medal qazanıb.

Səyyad Dadaşov (51 kq) və Zemfira Həsənzadə (42 kq) bütün rəqiblərinə qalib gələrək qitə çempionu olub.

 

İlk yarış günündə Pünhan Mürsəlov (45 kq) bürünc medala yiyələnmişdi.

Hazırda Azərbaycan yığmasının aktivində 2 qızıl, 1 bürünc medal var. Avropa çempionatına noyabrın 14-də yekun vurulacaq.

 

 



Digər xəbərlər

0.2392852306366