“Araz” Supermarketlər şəbəkəsindən maraqlı təşəbbüs

18:46 15-11-2021 | icon 1562
“Araz” Supermarketlər şəbəkəsindən maraqlı təşəbbüs

Genetik və ətraf mühit faktorlarından yaranan diabet xəstəliyinə hər il dünyada milyonlarla insan yoluxur.

Ölkəmizdə də bu statistika kifayət qədər yüksəkdir. Bu məqamı nəzərə alan “Araz” Supermarketlər şəbəkəsi 14 Noyabr Ümumdünya diabet günündə maraqlı təşəbbüslə yadda qaldı. Beləki, Siz harada, “Araz” orada deyərək daim müştərilərini düşünən “Araz” supermarketlər şəbəkəsi  diabetli müştəriləri üçün təlim təşkil etdi. Endokrinoloq Xəyalə Qarayeva və həkim dietoloq Şəfa Yadigarovanın iştirakı ilə baş tutan interaktiv təlimdə  müştərilərin sualları cavablandırıldı, xəstəlik tarixçələri dinlənildi, peşəkar məsləhəti verildi. Təlimin təşkil olunmasında “Araz” Supermarketlər şəbəkəsinin məqsədi diabetli müştərilərilərini bu mövzuda daha çox məlumatlandırmaq, xəstəlikləri ilə effektiv mübarizə üsulları haqqında onları maarifləndirmək və həyat keyfiyyətlərini yaxşılaşdırmaq üçün dəstək olmaq idi. Bununla yanaşı Ümumdünya Diabet günü ilə bağlı olaraq 15-16-17 noyabr tarixlərində bütün “Araz” Supermarketlərdə diabetik məhsullara xüsusi endirimlər ediləcək.

 

“Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” Supermarketlər şəbəkəsi ölkə üzrə yüzdən çox mağazası və 7000-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur! Siz harada, “Araz” orada!


Digər xəbərlər

0.24640107154846