“Araz” Supermarketlər şəbəkəsindən maraqlı təşəbbüs
Genetik və ətraf mühit faktorlarından yaranan diabet xəstəliyinə hər il dünyada milyonlarla insan yoluxur.
Ölkəmizdə də bu statistika kifayət qədər yüksəkdir. Bu məqamı nəzərə alan “Araz” Supermarketlər şəbəkəsi 14 Noyabr Ümumdünya diabet günündə maraqlı təşəbbüslə yadda qaldı. Beləki, Siz harada, “Araz” orada deyərək daim müştərilərini düşünən “Araz” supermarketlər şəbəkəsi diabetli müştəriləri üçün təlim təşkil etdi. Endokrinoloq Xəyalə Qarayeva və həkim dietoloq Şəfa Yadigarovanın iştirakı ilə baş tutan interaktiv təlimdə müştərilərin sualları cavablandırıldı, xəstəlik tarixçələri dinlənildi, peşəkar məsləhəti verildi. Təlimin təşkil olunmasında “Araz” Supermarketlər şəbəkəsinin məqsədi diabetli müştərilərilərini bu mövzuda daha çox məlumatlandırmaq, xəstəlikləri ilə effektiv mübarizə üsulları haqqında onları maarifləndirmək və həyat keyfiyyətlərini yaxşılaşdırmaq üçün dəstək olmaq idi. Bununla yanaşı Ümumdünya Diabet günü ilə bağlı olaraq 15-16-17 noyabr tarixlərində bütün “Araz” Supermarketlərdə diabetik məhsullara xüsusi endirimlər ediləcək.
“Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” Supermarketlər şəbəkəsi ölkə üzrə yüzdən çox mağazası və 7000-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur! Siz harada, “Araz” orada!
-
Qaz kartının balansını Yelo App vasitəsilə artır
...
-
İndi jest dilini öyrənmək daha rahat oldu - Ünsiyyət hər kəs üçün
...
-
Gənc telekom mütəxəssisləri “Nar” şəbəkəsində təcrübə keçir
...
-
“Nar”ın dəstəyi ilə “Şəkərbura Şou” olimpiya kubokunun finalı keçirilib
...
-
“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı
...
-
AZAL-a yeni prezident təyin olundu - Sərəncam
...
-
Salyan rayonunda Aqrar Biznes Festivalı keçirilib
...
-
Bakıda taksi ilə hara gedirlər: Ən çox gedilən yerlərin top-10-u
...
-
Prezidentdən əmək pensiyaları ilə bağlı - Sərəncam
...
-
“CityNet” indi “Nar” mağazalarında
...