Külək nə vaxta qədər davam edəcək?

12:14 16-11-2021 | icon 2141
Külək nə vaxta qədər davam edəcək?

“Hazırda Bakıda müşahidə olunan güclü külək axşam saatlarına qədər davam edəcək”. 

Bunu ETSN-in Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə paytaxtda gecədən bəri müşahidə olunan küləyin gücü hazırda 30-35 metr/saniyəyə çatıb: “Gün ərzində də Bakıda güclü şimal-qərb küləyi davam edəcək. Gecəyə doğru zəifləyəcək. Sabahdan etibarən isə şimal-qərb küləyi mülayim cənub küləyi ilə əvəzlənəcək”.

 

G. Məmmədova bildirib ki, hazırda rayonlarda dağlıq ərazilərdə yağıntılı hava müşahidə olunur: “Qubanın Qrız ərazisində qarın hündürlüyü 8 sm-ə çatıb. Bölgələrdə də noyabrın 17-si səhər saatlarından etibarən yağıntıların kəsəcəyi, havanın mülayimləşəcəyi gözlənilir”. 


Digər xəbərlər

0.32860684394836