Ramil Usubov Moskvada toplantıda iştirak edir

11:57 17-11-2021 | icon 1568
Ramil Usubov Moskvada toplantıda iştirak edir

Moskvada Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin illik toplantısı keçirilir.

Azərbaycan Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov da toplantıda iştirak edir.

“Moskvada MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin doqquzuncu illik görüşü işə başlayıb. Görüşdə Rusiya, Azərbaycan, Ermənistan TŞ-nin katibləri Nikolay Patruşev, Ramil Usubov və Armen Qriqoryan və digərləri iştirak edirlər”, - deyə Rusiya TŞ aparatının yaydığı məlumatda qeyd olunub.

Görüş iştirakçıları MDB dövlətlərinin təhlükəsizliyinə Əfqanıstan ərazisindən doğan təhdidlər, miqrasiya sahəsində əməkdaşlıq məsələləri, biotexnologiyanın inkişafı ilə bağlı problemlər ətrafında fikir mübadiləsi aparacaqlar.


Digər xəbərlər

0.23306679725647