Demokratik prinsiplər və ideyalara sadiq qalan partiya
Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə böyük nifuza
sahib olan partiyadır. Ulu öndərimiz Heydər Əliyevin yaratdığı
Yeni Azırtaycan Partiyası, xalqımızın və ölkəmizin həyatını
kökündən dəyişdirib, eyni zamanda, siyasi mübarizələrlə dolu
şərəfli bir yol keçib.İqtidar partiyası olaraq, Yeni Azərbaycan
Partiyası Heydər Əliyev siyasətinin avanqard qüvvəsi kimi,
xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli
töhfəsini verib və bundan sonra da verəcək.
YAP Azərbaycan Respublikasının Konstitusiyası və
qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı
əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi
dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti
qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi
partiyadır.
Azərbaycan xalqı öz Prezidentin ətrafında sıx birləşib.
Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan
Partiyasının sıraları getdikcə daha da artmaqdadır. Bu,
dövlətimizin başçısına və Yeni Azərbaycan cəmiyyətində olan
dərin inamdan və ehtramdan irəli gəlir. Bunun nəticəsidir ki, Yeni
Azərbaycan Partiyası monolit birliyi, sosial bazası və yüksək
intellekti olan bir siyasi təşkilatdır. Öz sıralarında ictimaiyyətin
bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası
Ümummilli lider Heydər Əliyev parlaq idealarının daşıyıcısı kimi
cəmiyyətdə öz aparıcı rolunu gündən-günə daha da
möhkəmləndirməkdədir.
Samir Talıbov
Saatlı rayon Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...